Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 12:42

Sentyabrın 19-da “Gazelli” kosmetika zavodunun Xəzər rayonundakı anbarında yanğın baş verib.

Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FİN) məlumatında bildirilir.

Hadisə yerinəyanğınsöndürənlər cəlb edilib. Bir saatadək davam edən yangın 17:00-da söndürülüb.

Məlumatda qeyd edilir ki, yanğınsöndürmə işlərində nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, texnikası iştirak edib.

Yangın yerinə 4 təcili tibbi yardım briqadası da cəlb edilib. Onlar boğulma keçirən şəxslərə ilkin tibbi yardım göstəriblər.

“Gazelli Group” şirkətinin mətbuat xidmətinin rəhbəri Yelena Sidorenko yangının qısaqapanmadan baş verdiyini bildirib.Ancaq o heç kiminzərə görmədiyini vurğulayıb.

“Qısaqapanmanın yanğına çevrilməsinin qarşısı qısa müddət ərzində alınıb. Hazırda heç bir problem yoxdur. Hadisə zamanı şirkət əməkdaşlarının və ətrafda olan insanların sağlamlığına heç bir zərər dəyməyib. Bəzi KİV-də guya hadisə zamanı bir neçə insanın halının pisləşməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisənin nədən baş verdiyi ilə bağlı araşdırmalara başlanılıb, istintaq davam edir, nəticələr ictimaiyyətə açıqlanacaq”, Y. Sidorenkobildirib.

Ancaq Səhiyyə Nazirliyi anbarda baş verən yanğın zamanı 10 nəfərin tüstüdən zəhərləndiyini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya tüstüdən zəhərlənən 1 qadın və 9 kişiyə yerində yardım göstərildiyini, onların hamısının vəziyyətinin yüngül olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG