Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 10:13

'Galaxy S8' və 'iPhone 8' ilin hadisəsi ola bilər


iPhone 6

Yeni model telefonların buraxılışı şirkətlərdən ötrü həmişə vacib hadisədir. Amma sabah –martın 29-da «Samsung»un «Galaxy S8» və ilin sonuna yaxın «Apple»ın «iPhone 8» açıqlaması bu şirkətlərin indiyədək ən vacib smartfon təqdimatı sayıla bilər. Bu barədə CNBC yazır.

«SAMSUNG»UN BAŞI DƏRDDƏ

Bu, əvvəla, smartfon bazarının dolu olması, həm də hər iki şirkətin sınaqla üzləşməsiylə izah olunur. Haqqında geninə-boluna bilgi sızdırılan «Galaxy S8» ötənilki «Note 7» qalmaqalından sonra açıqlanır. O zaman «Samsung» mobil telefonları geri çağırmış və sonucda satışı dayandırmışdı, çünki bir neçəsi alışmışdı. Cənubi Koreya nəhəngi üzr istəmiş, bu barədə yanvarda böyük hesabat yaymışdı. Amma çifayda, hələ də bu məsələ yaddaşlardan silinməyib.

Üstəlik, «Samsung Group»un varisi sayılan Jay Y.Lee-yə prokurorlar rüşvət və mənimsəmə ittihamları irəli sürüblər. Bu, Cənubi Koreyada davam edən korrupsiya qalmaqalıyla bağlıdır. Həmin qalmaqal prezident Park Geun-hye-nin impiçmentinə səbəb olub.

YENİ MODELLƏR NƏYLƏ FƏRQLƏNİR

«Uğurlu və innovativ «Galaxy S8» diqqəti «Samsung»un hazırkı problemlərindən yayındıra, «Note 7» saqasını arxivə gömə, mobil sektorunda satışı və gəlirliliyi artıra bilər», – məqalədə vurğulanır.

Elə «Apple» şirkətinin də durumu ürəkaçan deyil. 2016-cı ildə şirkət 2001-ci ildən bəri ilk dəfə illik gəlirində düşüş yaşayıb. Üç rüb dalbadal «iPhone» satışı azalıb. Son məhsul olan «iPhone 7» sələfi «iPhone 6s»dən elə də fərqlənmədiyinə görə tənqid olunub.

Amma CNBC sızdırılmış bilgilərə əsasən yazır ki, həm «Galaxy 8», həm də «iPhone 8» hər iki şirkətin ən yaxşı məhsulu sayıla bilər. «Galaxy 8»in böyük ekranı və yeni süni intellekt (AI) xüsusiyyətləri var. «iPhone 8»də isə, şayiələrə görə, yeni 3D kamera olmalıdır.

Amma o da vurğulanır ki, Çinin «Huawei» şirkəti «Apple» və «Samsung»u qarabaqara izləyir və dünyada üçüncü smartfon istehsalçısı mövqeyini möhkəmləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG