Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 05:48

Pentaqon “Suriya aviasiyasının 20 faizini məhv etdiyini” deyir


Birləşmiş Ştatların müdafiə naziri Jim Mattis

Vaşinqton xəbərdarlıq edib ki, Suriya hökuməti bundan sonra da kimyəvi silahlardan və ya “çəllək bombalardan” istifadə edərsə, Birləşmiş Ştatlar yenə də hərbi hərəkətə keçə bilər.

Ağ Evin sözçüsü Sean Spicer aprelin 10-da bildirib ki, Vaşinqton Suriyada gələcək hərbi hərəkətlər variantını açıq saxlayır.

Bu arada Pentaqonun rəhbəri Jim Mattis bildirib ki, aprelin 7-də ABŞ gəmilərindən endirilmiş raket zərbələri Suriya hərbi aviasiyasının 20 faizini məhv edib və ya sıradan çıxarıb.

Böyük yeddilərin və ya G7-nin xarici işlər nazirləri aprelin 10-11-də İtaliyada keçirilən görüşdə Suriya vətəndaş münaqişəsinə dair ortaq mövqe barədə müzakirə aparırlar.

Bu iclasda habelə Assad rejimini dəstəkləyən Rusiyaya təzyiq etməyin yolları da müzakirə olunur.

ABŞ-ın dövlət katibi Rex Tillerson (solda) və Britaniyanın xarici işlər naziri Boris Johnson İtaliyada G7-nin sammitində
ABŞ-ın dövlət katibi Rex Tillerson (solda) və Britaniyanın xarici işlər naziri Boris Johnson İtaliyada G7-nin sammitində

Britaniyanın xarici işlər naziri Boris Johnson Rusiyaya ən sərt münasibətin göstərilməsinıə çağırıb.

Johnson bildirib ki, bu görüşdə Rusiya üzərinə yeni sanksiyaların qoyulması məsələsi də müzakirə olunmalıdır.

Britaniya naziri deyib ki, sanksiyalar “Suriya hərbiyyəsinə dəstək verməklə Assad rejiminin dəhşətli davranışı üçün məsuliyyət daşıyan fiqurlara” şamil edilməlidir.

Boris Johnson bildirib ki, Rusiyanın iki yolu var: Ya “zəhərli” Assad rejiminin dəstəklənməsini davam etdirmək, ya da Suriya münaqişəsinin siyasi həllinin tapılması üçün bütün dünya ilə birlikdə çalışmaq.

O deyib ki, Vladimir Putin “zülmkara qüvvət verdiyi barədə həqiqəti dərk etməlidir”.

G7 qrupuna Birləşmiş Ştatlar, Yaponiya, Almaniya, Britaniya, İtaliya, Fransa və Kanada daxildir.

Aprelin 11-də keçirləcək iclasda habelə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və Qətərin də xarici işlər nazirləri iştirak edəcəklər.

Avropada bir sıra təhlilçilər deyirlər ki, G7 qrupu ola bilsin, Rusiyaya Suriyadan çıxmaq müqabilində G8 qrupunda üzvlük perspektivi vəd edə bilər.

Krımın ilhaqınadək mövcud olan G8 qrupuna Rusiya da daxil idi.

Lakin Rusiyanın Xarici İşlər Nazirliyi bu kimi təkliflərə şərh verərkən Moskva üçün G20-nin də kafi olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG