Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 23:47

Dünya liderləri görüşür - [VİDEO]


Qucaqlaşıb öpüşən liderlər
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Qucaqlaşıb öpüşən liderlər

ABŞ prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putin iyulun 7-də Almaniyada Böyük 20-liyin Sammitində ilk dəfə dövlət başçısı kimi üzbəüz görüşüblər. Donald Trump deyib ki, bu müzakirədən hər iki ölkə üçün müsbət gözləntiləri var.

İki ölkə lideri görüşdən öncə mediaya qısa açıqlama veriblər.

Trump bildirib ki, görüşdə müxtəlif məsələlər müzakirə olunacaq və o, umid edir ki, danışıqlar yaxşı gedəcək.

İki ölkə prezidentinin ilk dəfə üz-üzə görüşlərində Suriya və Ukrayna, eləcə də digər qlobal məsələlərin müzakirə olunacağı gözlənilir.

Trump və Putin dövlət başçısı kimi ilk dəfə görüşdülər
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

***

Dünya liderləri Böyük 20-liyin Sammitində iştirak etmək üçün Almaniyanın Habmurq şəhərinə gəlib. İyulun 7-də ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin böyük 20-liyin Sammitinin ilk sessiyasından sonra görüşləri planlaşdırılır.

Sammitdə gözlər 6 aydır ABŞ prezidenti olan Trumpla rusiyalı həmkarı Punitinin iki ölkə rəhbəri kimi ilk görüşünədir.

İki rəhbərin görüşü həm də qlobal təhlükəsizlik, ticarət əlaqələri və iqlim dəyişikliyi ilə Ağ Evin verəcəyi siqnal kimi dəyərləndirilə bilər.

PUTİNDƏN ÇAĞIRIŞ

Rusiya prezidenti Valdimir Putin Böyük 20-liyə daxil olan ölkələrin rəhbərlərini terrorla mübarizəyə çağırıb:

"Rusiya bu dəfələrlə təklif edib ki, BMT-nin əsas rol oyanayacağı anti-terror cəbhbəsi yaratmağı təklif edib. Biz bir daha G20-likdəki tərəfdaşlarımızı terrorla mübarizədə birləşməyə çağırırıq və birlikdə çalışmağı təklif edirik".

HAMBURQ KÜÇƏLƏRİNDƏ YÜZ MİNLƏRİN ETİRAZI..

İyulun 6-dan isə Hamburq şəhərində minlərlə şəxs etiraz aksiyası keçirib. Böyük 20-liyin sammiti ilə bağlı Hamburqa Avropanın müxtəlif yerlərindən 100 min antiqlobalist, anarxist, kapitalizm əleyhdarı gəlib.

Hamburqda toqquşmalarda 70 polis yaralanıb
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Etirazlarda 160 nəfər yaralanıb, 60 nəfər xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG