Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:51

Təkbaşına siyasi şüar qaldıran AXCP üzvü 10 sutka aldı


Füzuli Hüseynovun cəza alması birinci dəfə deyil.

İyulun 10-da Səbail rayon Məhkəməsinin qərarı ilə AXCP fəalı Füzuli Hüseynov 10 sutka inzibati qaydada həbs edilib.

İyulun 9-u axşam saxlanan F.Hüseynovu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisə müqavimət) maddəsi ilə günahlandırılıb.

Məhkəmə qərarının detalları hələlik bəlli deyil.

Buna da bax:​ İkinci dəfə təkbaşına etiraz

F.Hüseynov məhkəmə binasından çıxarkən bildirib ki, polisə müqavimət göstərməyib. O, siyasi fəaliyyətinə, siyasi məhbuslara azadlıq tələbilə təkbaşına etiraz aksiyaları keçirdiyinə görə həbs olunduğunu söyləyib.

Füzuli Hüseynovun cəza alması birinci dəfə deyil.

Füzuli Hüseynov 10 sutkalıq həbs cəzası aldı
Füzuli Hüseynov 10 sutkalıq həbs cəzası aldı

Mayın ortalarında o Bakıda «Siyasi məhbuslara azadlıq!» şüarı ilə təkadamlıq etiraz aksiyası keçirmişdi. Onda da AXCP fəalını polis saxlamışdı. Ancaq həmin vaxt ona şifahi xəbərdarlıq edərək sərbəst buraxmışdılar.

Buna da bax: AXCP fəalı döyülüb, cərimələndiyini deyir

Füzuli Hüseynov iyunun 19-u səhər saatlarında yenidən təkadamlıq etiraz aksiyası keçirmişdi. O, metronun «28 May» stansiyası yaxınlığında səssiz şəkildə əlində «Siyasi məhbuslara azadlıq!» şüarı tutmuşdu. Həmin vaxt Nəsimi rayon Məhkəməsi Füzuli Hüseynovu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisə müqavimət) maddəsi ilə günahlandıraraq 200 manat cərimə etmişdi.

Hüquq müdafiəçiləri Azərbaycanda 100-dən artıq siyasi məhbus olduğunu deyirlər. Onlardan 10-dan çoxu AXCP üzvüdür.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, həmin şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG