Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:07

Cəbhə xəttində əslində nə baş verir? [video]


Atəşkəsin kimin pozduğunu necə bilmək olar?
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Atəşkəsin kimin pozduğunu necə bilmək olar? [A-Live]

Cəbhə xəttində əslində nə baş verdiyini müəyyənləşdirmək mümkündürmü?

ATƏT-in şəxsi nümayəndəsinin mandatına uyğun qoşunların təmas xəttində monitorinq nə qədə obyektiv olacaq?

İyulun 4-də axşam 9 saatlarında Füzulinin Alxanlı kəndində biri 2 yaşlı uşaq olmaqla iki mülki şəxsin öldürülməsinə görə, Azərbaycan Ermənistan tərəfini mülki şəxsləri hədəfə almaqda suçlayır.

Buna da bax:​ Erməni qüvvələri Alxanlını atəşə tutub, 2 kənd sakini həlak olub [Video]

Qondarma Dağlıq Qarabağ rejimindən isə bildiriblər ki, erməni tərəfi mülkiləri hədəfə almır.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik cəbhənin hər iki tərəfində araşdırma aparır.

Xəzər Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli deyir ki, Azərbaycan tərəfi özü insidenti video çəkib yaymalı idi:

Cəsur Sümərinli
Cəsur Sümərinli

"Bir məsələ narahatedicidir ki, cəbhə xəttində baş verənlərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin informasiya siyasəti geri qalır".

Buna da bax:​ Ramiz Mehdiyev: 'Artıq proseslər dözülməz həddə çatıb'

Müdafiə nazirliyi irimiqyaslı atışmaların videoyazısına malik olmalı idi və bütün bunları beynəlxalq müşahidəçilər, Kaspşikin özünə təqdim etməli idi. Vacibdir ki, atəşkəs pozulan kimi bu səs və video yazma qurğuları işə düşsün və beynəlxalq təşkilatlara sübut kimi təqdim olunsun.

Ermənistan mətbuatı, iyulun 4-də, Dağlıq Qarabağ Ordusu adlı “Youtube” kanalının yaydığı videonu paylaşır. Videonun izah hissəsində yazılıb ki, Azərbaycan tərəfi -TR-107 raketlərindən atəş açır.

Biz Müdafiə nazirliyinə bu mövzuda suallar ünvanlanmağa çalışsaq da nazirlikdə zənglərimizə cavab verən olmadı.

Buna da bax:​ Prokurorluq: 'Meyitlərin bədənində qumbaraatan mərmi qəlpələri olub' [video]

“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri Üzeyir Cəfərli deyir ki, Azərbaycan tərəfinin video yaymasına ehtiyac yoxdur:

Üzeyir Cəfərli
Üzeyir Cəfərli

"Hadisə yerinin foto və video görüntüləri var. Biz onların atdığı mərmini çəkməmişik. Hadisə də axşam saatlarında olub. Niyə Azərbaycan tərəfi o videonu yaymalıdır və o video nə əhəmiyyət kəsb edəcək. Hadisə yerinin video və fotosu var və ATƏT nümayəndəsi o yeri öz gözü ilə görüb".

Üzeyir Cəfərli deyir ki, o, ATƏT-in müşahidə missiyasının da obyektiv informasiya yayacağına inanmır, çünki ATƏT indiyə qədər münaqişə üçün faydalı ola bilməyib.

Buna da bax:​ R.Mirqədirov: 'Elə bil, yeni genişmiqyaslı toqquşmaya hazırlıq gedir'

“AzərTAC” xəbər agentliyi iyulun 6-da, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə istinadla yayıb ki, o, artıq proseslər dözülməz həddə çatdığını bildirib. Ramiz Mehdiyev beynəlxalq birliyin, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu günə kimi işğal faktının aradan qaldırılması və ədalətin bərpa olunması istiqamətində “heç bir təsirli addım” atmadıqlarını deyib.

O əlavə edib:

"Amma dünyanın müxtəlif nöqtələrində baş verən analoji münaqişələrin qısa zamanda tənzimlənməsi, işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq edilməsinə dair çoxsaylı faktlar mövcuddur".

Buna da bax:​ Hərbi atteşe: 'Bütün Amerika onların ailəsi ilə birlikdə hüzn içindədir'

Biz Bakı sakinlərini də müzakirəyə dəvət etmişik, onlarda soruşmuşuq ki, ATƏT Minsk Qrupuna nə qədər etibar edirsiz?

ATƏT-in Minsk qrupuna nə qədər etibar edirsiniz? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Keçən ilin aprelində Azərbaycan və Ermənistan qoşunları arasında kəskin toqquşmadan sonra cəbhə xəttində insidentlərin daha çevik araşdırılması yenidən müzakirələrdə gündəliyə gətirilmişdi. O zaman ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yaydığı bəyanatda deyirdi ki, insidentlərin araşdırılması mexanizminin yaradılmasına dair səyləri fəal dəstəkləyəcəklər, səfir Anjey Kasprşikin komandasının genişləndirilməsi üzərində çalışacaqlar.

Buna da bax:​ Həmsədrlər atəşkəsin pozulmasını pislədilər

Azərbaycan mediasında səslənən məlumatlara görə "İnsidentlərin araşdırılması mexanizmi" deyərkən həm də cəbhə xətti boyu müşahidə kameralarının quraşdırılması təklif edilib.

Amma Azərbaycanda təhlilçilərin əksəriyyəti o cümlədən Şərq-Qərb Araşdırmalar mərkəzinin rəhbəri bildirir ki, Ərəstun Oruclu bildirir ki, təmas xəttinə kamera quraşdırılması Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını pozur. Ona görə də qəbuledilməzdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG