Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 10:59

'DÇ-2018' in seçmə mərhələsində növbəti oyunlar keçirilib


Azərbaycan və Şimali İrlandiya qarşılaşması, 11 noyabr 2016

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsi çərçivəsində “A”, “B” və “H” qruplarında növbəti qarşılaşmalar oynanılıb.

“A” qrupunun lideri Fransa yığması səfərdə Lüksemburqu 3:1 hesabı ilə məğlub edib. Qrupda ikinci sırada olan İsveç millisi Belarus yığmasının qapısından dörd cavabsız top keçirib. Bolqarıstan yığması isə Hollandiyaya 2:0 hesabı ilə qalib gəlib.

“B” qrupunun lideri İsveçrə millisi Latviya yığmasını 1:0 hesabı ilə məğlub edib. Portuqaliya Macarıstana 3:0 qalib gəlib.Andorra və Farer adaları milliləri arasında görüşdə isə qapılara top vurulmayıb – 0:0.

“C” qrupunda Bosniya və Herseqovina millisi Estoniya yığmasını 5:0 hesabı ilə məğlub edib. Belçika Yunanıstan oyunu heç-heçəylə başa çatıb– 1:1. Kipr-Estoniya qarşılaşmasında da qalib müəyyənləşməyib – 0:0.

Dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsi çərçivəsində martın 26-da “C”, “E” və “F” qruplarında görüşlər keçiriləcək.

“C” qrupunda mübarizə aparan Azərbaycan yığma komandası Tofiq Bəhramov adına Respublika stadionunda qrupun lideri, hazırkı dünya çempionu Almaniya millisi ilə qarşılaşacaq. Ooyun saat 20.00-də başlayaca

Günün bütün mövzuları

XS
SM
MD
LG