Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:39

Futbolda ilk dəfə tətbiq edilən müşahidə kameraları İspaniyaya qələbə qazandırdı


Foto arxiv
Foto arxiv

İspaniya Millisi səfərdə Fransa yığması ilə yoldaşlıq görüşündə 2:0 hesabı ilə qələbə qazanıb.

Bu oyunda ilk dəfə olaraq videomüşahidə sistemindən istifadə olunub.

Reuters-in məlumatına görə, oyunun baş hakimi Feliks Tsvayer oyunu kameralarla izləyən iki-suflyor hakimlə əlaqə saxlayıb.

Fransa millisinin oyunçusu Antuan Grizman ( Antoine Griezmann) görüşün ikinci hissəsində hesabı açsa da fransızların sevinci çox da uzun sürməyib.

Hakimlər videoya baxdıqdan sonra bəlli olub ki, o, oyundan kənar vəziyyətdədir.

Bundan sonra İspaniya millisinin oyunçusu David Silva penaltidən millidə özünün 30-cu qolunu virib.

Müşahidə kameraları və suflyor-hakimlər İspaniya millisinin vurduğu ikinci qolda da işə qarışmalı olublar.

Belə ki, yan hakim İspaniya millisinin oyinçusu Deulofeunun (Gerard Deulofeu) oyunun 78-ci dəqiqəsində sağ cinahdan vurduğu qolu saymayıb, bayrağı qaldıraraq onun oyundan kənar vəziyyətdə olduğunu göstərib.

Amma baş hakim bu dəfə də oyunu kameralarla izləyən həmkarlarına müraciət etməli olub və ev sahibləri oyuna ikinci dəfə mərkəzdən başlamalı olublar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG