Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 00:50

Fransa xarici işlər naziri Azərbaycandadır


Fransanın xarici işlər naziri Jan-Iv Lö Drian

Fransanın Avropa və xarici işlər naziri Jan-Iv Lö Drian Bakıdadır.

Nazirin Bakı səfəri Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlıdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Jan-Iv Lö Drian mayın 27-də prezident İlham Əliyevlə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Fransız şirkətlərinin Azərbaycanda uzun illərdir səmərəli fəaliyyət göstərdikləri qeyd olunub.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.

Görüşdə Azərbaycan ilə Fransa arasında gələcək çoxşaxəli əməkdaşlığın müxtəlif aspektləri də nəzərdən keçirilib.

Jan-Iv Lö Drianın birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov və maliyyə naziri SamirŞərifovla görüşü də nəzərdə tutulub. Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirəedilməlidir. Fransa və Azərbaycan arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.

Eyni zamanda, nazir Azərbaycan - Fransız Universitetinə (UFAZ) də gedəcək. AXC-nin 100 illiyinə həsr olunan tədbirlərə qatılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG