Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:59

Fransa Rusiya üzərinə sanksiyaların tezliklə qaldırılmasına qarşıdır


Jean-Yves Le Drian
Jean-Yves Le Drian

Fransanın xarici işlər naziri bəyan edib ki, Paris Rusiyaya Ukraynaya qarşı təcavüzünə görə elan edilmiş sanksiyalara tez bir zamanda yenidən baxılmasının əleyhinədir.

Fransa rəsmiləri deyirlər ki, Moskva üzərindən sanksiyaların qaldırılması Ukraynadakı sülh prosesinin tərəqqisindən asılı olmalıdır.

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian bu bəyanatı iyunun 6-da verib. Bundan az əvvəl İtaliyanın yeni baş naziri bildirmişdi ki, o, Rusiya üzərinə 2014-cü ildə qoyulmuş Avropa İttifaqı sanksiyalarına yenidən baxılmasına çalışacaq.

Le Drian Fransanın Avropa 1 radiosuna mesahibəsində İtaliyaya müraciətlə deyib ki, Rusiya üzərinə qoyulmuş sanksiyalar yalnız Ukrayna münaqişəsinə son qoyulması istiqamətində tərəqqi əldə edildikdən sonra mümkün ola bilər.

İyunun 5-də Romada senatorlara müraciət edən baş nazir Giuseppe Conte deyib ki, o Rusiya üzərinə qoyulmuş sanksiyalara yenidən baxılmasına çalışacaq.

Conte-nin çıxışından az əvvəl parlamentin yuxarı palatası onun yeni populist koalisiya hökumətinin dəstəklənməsinə səs verib.

Bundan əvvəl Avstriyaya səfər edən Rusiya prezidenti Vladimir Putin demişdi ki, Moskva üzərinə qoyulmuş sanksiyalardan hamıya ziyan dəyir və hamı biu sanksiyaların qaldırılmasında maraqlıdır.

Almaniya, Fransa, Ukrayna və Rusiyanın xarici işlər nazirləri iyunun 11-də Berlində görüşərək Ukrayna münaqişəsi məsələsini müzakirə edəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG