Fevralın 4-də səhər Fransanın cənub-qərbində baş verən güclü qasırğa nəticəsində 250 min insan elektriksiz qalıb.
Səhər saatlarında başlayan güclü qasırğanın sürəti bəzi hallarda saatda 148 kilometrə çatıb.
Meteoroloqlar hava şəraiti ilə bağlı Fransanın qərb regionu - Yeni Akvitaniyada “qırmızı” təhlükə səviyyəsi elan edib.