Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:24

WikiLeaks Macronun seçkiöncəsi məktublarını dərc edib


arxiv foto

WikiLeaks saytı Fransa prezidenti Emmanuel Macron-un seçkiöncəsi qərargahının 20 mindən çox məktubunu dərc edib. İlk məktubun tarixi 2009-cu ilin martına, sonuncunun tarixi isə2017-ci ilin aprelinəaiddir.

WikiLeaks yazır ki, daha çox materiallara malikdirlər, amma yalnız bu qədər məktubu sistemləşdiriblər. WikiLeaks-in təsisçisi Julian Assange Macronun fevral ayına aid “ifşaedici yazışması”ndan danışıb. Onun dediyinə görə, söhbət Macronun ABŞ seçkilərində Demokratların prezidentliyə namizədi Hillari Clinton-la yazışmasından gedir.

Macron seçkiöncəsi kampaniyası zamanı dəfələrlə onun seçki qərargahına haker hücumlarının olduğunu bildirmişdi və burada «Rusiya izinin» olduğunu vurğulamışdı. Amma Fransa prezidentinin seçkiöncəsi qərargahına rusiyalı hakerlərin kiberhücumlarına dair heç bir fakt ortalığa çıxarılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG