Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 23:06

“Greenpeace”in beş alpinisti Fransanın devizi sayılan “Azadlıq, bərabərlik, qardaşlıq” yazılmış banneri Parisdə Eyfel qülləsinə vurublar.

Məqsədləri prezidentliyə namizəd Marine Le Penə qarşı olduqlarını göstərməkdir. Fransada prezident seçkisinin ikinci turu mayın 7-də baş tutacaq.

“Greenpeace”in Fransa bürosunun rəhbəri Jan Fransua deyir ki, ifrat sağçı Le Pen-nin qələbəsi həm ətraf mühit, həm də siyasi azadlıqlar baxımından məğlubiyyət olar.

Bu gün – mayın 5-i seçkidən öncəki təşqivatın son günüdür. Üstünlük Le Penin rəqibi mərkəzçi Emmanuel Macrondadır. Amma yekun nəticənin nə olacağı bəlli deyil.

Greenpeace fəalları 30 metrlik banneri üç saat ərzində qüllədən asa biliblər. Bundan öncə 2013-cü ildə fəallar eyni məkanda aksiya - Arktik dənizində neft axıdılmasına etiraza görə Rusiyada saxlanan həmkarlarına dəstək aksiyası keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG