Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:23

Formula-1 yarışından sadə insanlara nə çatır?


Milyonlar xərclənən Formula1 yarışları kimin işinə yarayır?
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

Milyonlar xərclənən Formula1 yarışları kimin işinə yarayır?

Bu gün aprelin 27-də Bakıda “Formula 1” yarışları başlanıb. Bakıya bu yarışları izləməyə gələn britaniyalı turist Mark Hicks Formula 1 həvəskarıdır, bütün yarışları izləməyə çalışır:

“Biz Formula-1 üçün bir çox ölkələrdə olmuşuq. Monako, İspaniya, Fransa, Almaniya, Macarıstan və bir çox digər ölkələrdə yarışları izləmişik. Azərbaycanda olmaqdan da çox məmnunuq. Elə indicə iki şüşə su aldıq. Və bir neçə qəpik pul ödədik. Bura Avropa və Britaniyadan olduqca ucuzdur”.

3 İLƏ 500 MİLYON XƏRC?

Azərbaycanda «Formula-1» yarışları 2016-cı ildən keçirilir. Bakı üçüncü dəfədir bu yarışlara ev sahibliyi edir.

Hökumət yarışlara nə qədər vəsait xərclədiyini açıqlamır. Amma Real partiyasının təmsilçisi, iqtisadçı ekspert Natiq Cəfərlinin təxmini hesablamalarına görə birinci il bu yarışların təşkilinə 323 milyon manat xərclənib. İqtisadçı bildirir ki, 2-ci və 3-cü dəfə isə yarışların təşkili bir qədər ucuz - ilə 70-80 milyona başa gəlib. Natiq Cəfərli düşünür ki, idman yarışlarına bu qədər pul xərcləyib, turist cəlb etmək, ölkəni tanıtmaq olmaz:

“Formula 1 yarışlarının Azərbaycanda turizmin inkişafına ciddi təsiri olduğunu görmürük. Viza verilməsinin sadələşdirilməsi Azərbaycana daha çox turistin gəlməsinə səbəb olur, nəinki idman yarışları. Hətta Avropa oyunları zamanı hökumət bildirirdi ki, daha çox turist gələcək. Amma əksinə həmin il ölkəyə gələn turistlərin sayı öncəki illə müqayisədə 7 faiz az olmuşdu. Deməli, tək idman yarışları ilə turist cəlbi mümkün deyil. Bununla paralel başqa addımlar da atılmalıdır”.

BƏS, AZƏRBAYCAN BU YARIŞLARDAN NƏ QAZANIR?

Natiq Cəfərli əlavə edir ki, başqa ölkələrdə Formula 1 yarışlarını müxtəlif özəl şirkətlər təşkil edir. Amma Azərbaycanda bu yarışı dövlət təşkil etdiyindən kommersiya mahiyyəti arxa plana keçib. Yəni, özəl şirkətlər müxtəlif sponsorlar tapır, reklamlar hazırladır ki, qazancı olsun.

Hökumətin tənqidçiləri bu yarışların təşkilini israfçılıq hesab edirlər. Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə isə deyir ki, yarışların keçirilməsi hər bir ölkə üçün şərəfdir:

“Bu yarışlara 50-100 min nəfər arasında insan canlı tamaşa edir. Telekanallar vasitəsilə isə 400-500 milyon nəfər insan izləyir. Bu yarışlar ölkənin tanıtımı, inkişafı, turist cəlb olunması, otel, restoran tikintisi, park-bulvar təsərrüfatının inkişafı baxımından unikal imkanlar deməkdir".

Trend İnformasiya Agentliyi yazır ki, ötən il formula 1 yarışlarını izləmək üçün Azərbaycana 8 min turist gəlib. “TurStat” Analitika Agentliyinə istinadla verilən xəbərdə deyilir ki, turistlər arasında ilk sıranı Rusiyadan gələnlər tutur.

2018-ci ildə beynəxalq audit şirkəti olan “PricewaterhouseCoopers” (PwC) indiyədək Bakıda keçirilmiş Formula 1 yarışlarından 277.3 milyon manat gəlir əldə olunduğunu açıqlamışdı. Vurğulanırdı ki,bu yarışların təşkili ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

10 İLLİK MÜQAVİLƏ...

Bəs, Bakı sakinləri bu barədə nə fikirləşir? Azərbaycan bu Formula 1 yarışlarından nə qazanır? AzadlıqRadiosu bu sualla paytaxt sakinlərinə müraciət edib:

Formula1 yarışları Azərbaycana nə qazandırır?
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Bakıda Formula 1 yarışları aprelin 29-da başa çatır. Azərbaycan bu yarışların keçirilməsi ilə bağlı 10 illik razılaşma imzalayıb. İlk 5 il üçün yarışların təşkilindən imtina edərsə, 50 milyon dollar cərimə ödəməlidir. Gənclər və İdman naziri Azad Rəhimov ötən il bu müqavilənin şərtlərinə yenidən baxılmasının zəruri olduğunu demişdi. Amma sonradan Bakının şərtləri dəyişib-dəyişə bilmədiyi barədə hər hansı məlumat verilmədi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG