Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:23

‘Qafqazda bu filmi qəbul etməyəcəklər’


Kann festivalında rusiyalı gənc rejissor Kantemir Balagovun "Darısqallıq" filminin premyerası baş tutub.
Kann festivalında rusiyalı gənc rejissor Kantemir Balagovun "Darısqallıq" filminin premyerası baş tutub.

Kann festivalında rusiyalı gənc rejissor Kantemir Balagovun "Darısqallıq" ("Теснота") filminin premyerası baş tutub. 1998-ci ildə Nalçikdə yaşayan yəhudi ailəsinin həyatından söz açan film Balagovun ilk tammetrajlı filmidir.

DANIŞILMASI DÜZGÜN SAYILMAYAN MÖVZULAR

Festivalda "Darısqallıq" əhəmiyyətinə görə ikinci – "Xüsusi baxış" kateqoriyasına seçilib. Festivalın yekun nəticələri cəmi bir neçə gündən sonra elan ediləcək.

Buna da bax:​ 70-ci Kann film festivalının proqramında azərbaycanlı rejissorun da filmi var

Rejissor deyir ki, özünü ulduz kimi hiss etməsə də, gənc yaradıcı insan üçün ilk filminin Kann festivalında göstərilməsi böyük əhəmiyyət daşıyır. "Bu, çox böyük festivaldır və onun iştirakçısı olmaq çox böyük üstünlükdür. Ümid edirəm ki, “Darısqallığ”ın festivalda iştirakı Rusiya kino istehsalını, diqqəti ölkənin mərkəzi hissəsindən Şimali Qafqaz regionuna tərəf çəkməyə həvəsləndirəcək", – Balagov deyir.

Hazırda Rusiyada haqqında danışılması düzgün sayılmayan mövzular var. Bu baxımdan, rejissor filmin tamaşaçıların əksəriyyətinin xoşuna gəlməyəcəyini düşünür: "Vətənimdə, Şimali Qafqazda filmi qəbul etməyəcəklər. Onların da xoşuna gəlməyəcək. Ancaq baxaq görək, bəlkə mən yanılıram, ancaq hələlik bilmirəm..."

ÖZÜNƏ KƏNARDAN BAXMAQ

Onun sözlərinə görə, Şimali Qafqaz sakinləri özlərinə kənardan baxmağa hazır deyillər. "Bu adamlar şərəf və ləyaqətdən başqa heç nə düşünmürlər. Hərçənd, bu iki anlayış artıq onlardan çox uzaqdır. Sən kənardan bir şey göstərəndə onlar buna çox ağrılı reaksiya verirlər. Bütün problem də bundadır", – Balagov deyir.

O hesab edir ki, 1998-ci ildə baş vermiş hadisələr bu gün, 20 il keçmiş baş verə bilməz.

Buna da bax: Təbrizli rejissor İranda azərbaycanca film çəkməyin önəmindən danışır

"Ancaq mənə elə gəlir ki, həmin zaman nə vaxtsa olmalı idi. Məhz həmin məkan və həmin ərazinin qayda-qanunları... O qaydalar indi yoxdur, ancaq nə zamansa olub. Nə qədər olmasa, indi Şimali Qafqazda adamları oğurlamırlar, indi pulu bir qədər başqa cür qazanırlar. Məncə, bu əhvalat yalnız 90-cı illərdə baş verə bilərdi", – rejissor deyir.

Bu il Kann festivalında Rusiya iki filmlə təmsil olunur: Andrei Zvyagintsevin "Sevgisizlik" («Нелюбовь») filmi və Kantemir Balagovun sözügedən filmi. Hər iki film ailədə insanların bir-birini anlamamasından doğan problemlərdən, atalar və uşaqların münaqişəsindən söz açır.

Buna da bax:​ Bu filmdə gələcəyi tamaşaçılar müəyyən edir - Dünyanın ilk interaktiv filmi...

AİLƏ XƏYANƏTİ

Balagov hesab edir ki, insanı ancaq yaxın adamları, ailəsi incidə bilər. "Onlar səni incitsə, ola bilsin ki, sən artıq heç vaxt onları bağışlaya bilməyəcəksən. Çünki xəyanəti, ağrını və s. ən az onlardan gözləyirsən. Ona görə də ailə münasibətlərini sonsuzluğa qədər öyrənmək olar.

...Bu, cəmiyyətin yox, insanın problemidir. Məncə, bütün sənət insan üçün və insan haqqındadır. Əgər insan varsa, onun hekayəsi varsa, o zaman buna baxmaq, sadəcə, maraqlıdır. Ancaq insan hekayəsi yoxdursa, onda bütün bunlar nəyə lazımdır?" – deyə rejissor davam edir.

Buna da bax: Rus hökumətinin mübarizə apardığı "Artdokfest" kino festivalı niyə önəmlidir...

Kantemir Balagov çəkəcəyi növbəti filmdə müharibədən sonrakı dövrün problemlərini qabartmaq fikrindədir. O bu filmdə artıq Şimali Qafqazdan uzaqlaşmaq niyyətində olduğunu deyir. Hərçənd rejissor həm də Şimali Qafqaz mövzusundan tamamilə əl çəkməyəcəyini, nə vaxtsa ona qayıdacağını deyir. "Sadəcə, gənc qız cəbhədən sonra doğma kəndinə qayıdaraq yenidən yaşamağa çalışır. Bu onda eyni zamanda həm alınır, həm də alınmır", – rejissor növbəti filmi haqqında deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG