Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:48

Ankara Əfqanıstandakı ‘Gülen məktəblərinə’ nəzarəti ələ alır


Heratdakı türk məktəbi (Foto arxivdəndir)
Heratdakı türk məktəbi (Foto arxivdəndir)

Türkiyə Əfqanıstanda “Fethullah Gülenin təşkilatına bağlı” 12 məktəbin nəzarətini ələ alıb.

Xəbər verilir kİ, bundan sonra sözü gedən əfqan-türk məktəbləri Türkiyənin Maarif dövlət fondu tərəfindən idarə olunacaq. Əfqan şagird və valideynlər bu qərara qarşıdırlar.

Əfqan Türk CAG təhsil QHT-sinə (ATCE) aid məktəblərə nəzarətin bu təşkilatdan alınması Ankaranın Fethullah Gülen təşkilatına qarşı kampaniyasının bir hissəsi kimi qiymətləndirilir.

Ankara Güleni 2016-cı il çevriliş cəhdinin təşkilatçısı olmaqda ittiham edir.

Müstəqil olduğunda israr edən ATCE 1995-ci ildən bəri Kabul, Məzari-Şərif, Qəndəhar və Herat da daxil Əfqanıstanın bir neçə şəhərində məktəblərə malik idi.

Fevralın 26-da Kabulda keçirilən təhvil-təslim mərasimində Türkiyə və Əfqanıstanın təhsil nazirləri İsmet Yılmaz və Mohammad İbrahim Şinvari iştirak ediblər.

Nəzarətin Ankaraya verilməsi müqabilində, Türkiyə Əfqanıstanda yeni məktəblərin açılmasına, yeni, daha hazırlıqlı müəllimlərin gətirliməsinə, təhsil haqqının azaldlılmasına və daha çox əfqana Türkiyədə ali təhsil verilməsinə dair öhdəlik götürüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG