Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:42

FBI əməkdaşı Suriyada İŞİD-çiylə evlənib


Daniela Greene və Denis Cuspert
Daniela Greene və Denis Cuspert

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) tərcüməçilərindən biri Suriyaya gedərək, orda gizlicə «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına üzv toplayan yaraqlıyla ailə qurub. Qadın həmin İŞİD-çiylə bağlı araşdırma aparırmış. Məlumatı FBI təsdiqləyib. «BBC News» yazır ki, FBI həmin insidentdən sonra təhlükəsizlik məqsədilə bir neçə tədbir gördüyünü bildirib.

YARAQLINI ARAŞDIRMAQ TAPŞIRIĞI ALIB

CNN-in məlumatına görə, Daniela Greene 2014-cü ildə etdiyi səfər barədə müdirlərinə yalan danışıb. Bu əhvalatın gizlin saxlanması haqda ABŞ məhkəməsinin hakimi qərar çıxarıb. Amma bazar ertəsi – mayın 1-də federal məhkəmənin sənədlərinin möhürü açılandan sonra dünya mediasının gündəmini zəbt edib. Əhvalatı ilk dəfə elə CNN yayıb.

Greene-nin ailə qurduğu şəxs – Denis Cuspert İŞİD-çiyə çevrilmiş alman reperdir. 2015-ci ildə ABŞ hökuməti onu xüsusi qlobal terrorçu siyahısına salıb. Bir propoqanda videosunda o, əlində təzə kəsilmiş insan başı tutub.

Greene FBI-nin səhra ofisində çalışıb. 2014-cü ilin fevralında ona Cuspert-i araşdırmaq tapşırılıb. Altı aydan sonra Suriyaya gedərək onunla evlənib.

Çexoslovakiyada doğulmuş Greene müdirlərinə deyib ki, Almaniyaya valideynlərini görməyə gedir. Amma əvəzində Türkiyəyə gedib, yerli İŞİD əməliyyatçılarının köməyi ilə Suriyaya keçib.

"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

TEZLİKLƏ FİKRİNİ DƏYİŞİB

Greene o zaman ABŞ-da bir hərbçiylə evliymiş. Amma 2014-cü ilin iyununda Cuspert-lə evləndiyi bildirilir.

Səhnə adı Deso Dogg olan 38 yaşlı Cuspert-i indi Abu Talha al-Almani çağırırlar.

Ancaq görünür, Greene tezliklə yeni həyat yoldaşı barədə fikrini dəyişib. CNN-ə görə, ABŞ-da bir nəfərə yazıb ki, «Bu dəfə hər şeyi qatıb qarışdırdım. Getdim və dönə bilmirəm. Burda çox sərt bir mühit var, bilmirəm nə qədər qala bilərəm, amma dəxli yoxdur, artıq çox gecdir».

Greene bir aydan sonra Suriyadan qaça bilib və ABŞ-a qayıdıb. O, təhqiqatçılara deyib ki, Cuspert ona FBI araşdırmasının hədəfi olmasından danışıb.

Greene-nin İŞİD ərazisindən necə qaçdığı bəlli deyil.

2 İL HƏBSDƏ YATIB

O, 2014-cü ilin dekabrında məhkəmədə boynuna alıb ki, beynəlxalq terrorçuluqla bağlı yalan açıqlamalar verib. İki il həbs cəzası çəkib və ötən yay buraxılıb. Hazırda bir mehmanxanada işləyir, yeri açıqlanmır.

CNN yazır ki, məhkəmə sənədlərinə görə, prokurorlar ona «sərt cəza» tələb ediblər. Amma hakimiyyətlə ciddi, uzunmüddətli və əsaslı əməkdaşlıq etdiyindən daha yüngül cəza alıb.

Vəkili Shawn Moore CNN-ə deyib ki, Greene çox sadəlövh imiş və indi xeyli peşmandır. «Bu, FBI üçün çox utancverici bir haldır», – bunu isə ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi John Kirby deyib.

CNN Greene-lə danışmağa cəhd edib, amma o, ailəsinə təhlükə yarana biləcəyini söyləyərək bundan imtina edib.

XS
SM
MD
LG