Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:42

Fatma Qədrinin məzarı ziyarət edilib


Fatma Qədri
Fatma Qədri

Aprelin 14-də Akademik Milli Dram Teatrının kollektivi və teatr xadimləri I Fəxri xiyabanda uyuyan SSRİ xalq artisti Fatma Qədrinin məzarını ziyarət edib.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, aktrisanın 110 illiyinə həsr edilmiş tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

Mərasimdə teatrın direktoru Azər Paşa Nemət çıxış edib.

Direktor Fatma Qədrinin teatrının inkişafındakı xidmətlərindən söz açıb, onu Azərbaycan səhnəsinin korifey sənətkarlarından biri kimi qiymətləndirib.

Anım mərasimində teatrın aktyorları-Rafiq Əzimov və Hacı İsmayılov aktrisanın həyat və yaradıcılığı haqqında danışıb, xatirələrini bölüşüblər.

Tədbir iştirakçıları daha sonra Fəxri xiyabanda dəfn olunan sənət xadimləri – Şövkət Məmmədova, Bəşir Səfəroğlu, Mustafa Mərdanov, Mirzağa Əliyev, Ələsgər Ələkbərov və digərlərinin məzarını ziyarət edib, abidələri üstünə gül dəstələri düzüblər.

F.Qədri 1907-ci ilin aprelin 14-də Qərbi Rusiyanın Odessa şəhərində doğulub.

Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsiylə Bakıya köçən F.Qədri Azərbaycan Teatr Texnikumunun ilk buraxılışının məzunu olub.

O, səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb.

1932-1935-ci illərdə Bakı Rus Dram Teatrında, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında çalışıb.

F.Qədri 1968-ci ildə Bakıda vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG