Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 20:14

Facebook istifadəçiləri Rusiya trollarının toruna düşüb-düşmədiklərini öyrənə biləcəklər


ABŞ millət vəkilləri Rusiyaya bağlı hesabların aldığı bəzi reklamları açıqlayıblar

Facebook bildirib ki, istifadəçilərə Rusiyanın gizli troll şirkətinə bağlı hesabların səhifələrini bəyəndiklərini və ya izlədiklərini aşkar etmək imkanı verən portal yaradır.

ABŞ rəsmiləri ötən il keçirilmiş ABŞ seçkisinə təsir göstərmək məqsədilə Amerika elektoratı arasına ixtilaf salan postların məhz bu hesablardan gəldiyini bildirirlər.

Kaliforniyada mənzillənmiş sosial media nəhənginin noyabrın 22-də verdiyi bu bəyanat Amerikada Rusiyanın seçkiyə haker müdaxiləsi və təsir kampaniyasına dair iddiaların araşdırıldığı bir vaxta təsadüf edib.

Facebook bundan əvvəl bildirmişdi ki, Sankt Peterburqda yerləşən İnternet Araşdırmaları Mərkəzindən göndərilən postlar son iki ildə bu sosial mediadan istifadə edən 126 milyon, Instagram-dan istifadə edən 20 milyon insanı əhatə edib. İnternet Araşdırmaları Mərkəzini onun keçmiş əməkdaşları və media Rusiya hökumətinin “troll ferması” adlandırır.

ABŞ millət vəkilləri bu ayın əvvəllərində sözü gedən “fermanın” Facebook-dan aldığı bir xeyli reklamı açıqlayıb. Konqresmenlər bu qənaətdədirlər ki, Rusiya bu reklamlardan ABŞ elektoratını xəlvətcə təsirləndirmək üçün istifadə edib. Bu reklam platformalarında Amerika cəmiyyəti üçün, şəxsi silahlara nəzarət, irqlərarası münasibətlər, miqrasiya və din kimi həssas mövzularda ixtilaf yaradan məzmun yayınlanırdı.

Facebook bildirir ki, indi onun yaratdığı portal istifadəçilərə Sankt Peterburqda mənzillənmiş “troll fabrikindən” 2015-ci ilin yanvarı ilə 2017-ci ilin iyulu arasında hansı səhifələri bəyəndiklərini aşkar etmək imkanı verəcək.

Bəyanatda deyilir: “Adamların xarici agentlərin Facebook-dan 2016-cı il seçkisindən əvvəl və sonra elektorat arasında ixtilaf və inamsızlıq toxumu səpmək üçün necə istifadə etdiklərini bilmələri vacibdir”.

Facebook bildirir ki, portal bu ilin sonlarınadək istifadəyə veriləcək.

Ötən ay ABŞ millət vəkilləri Facebook, Twitter və Google şirkətlərinin başçılarını Rusiya əməliyyatçılarının öz platformalarından istifadəsinin qarşısını almadıqlarına görə danlamışdılar.

Rusiyadakı İnternet Araşdırmaları Mərkəzinin aldığı 46 min dollarlıq reklamın seçkiyə təsirinə şübhə ilə yanaşanlar isə bildirirlər ki, namizədlər Trump və Hillary Clinton-un aldıqları on milyonlarla dollarlıq reklamların yanında bu heç nə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG