Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:34

'Facebook' məxfi informasiyaya çıxışı olan işçi axtarır


Hakerlər

«Facebook Inc.» məxfi informasiyaya çıxışı olan şəxsləri işə götürmək istəyir. Şirkət düşünür ki, bu, xarici dövlətlərin həmin sosial şəbəkə vasitəsilə gələcəkdə seçkiləri manipulyasiya etməsini önləməkdən ötrü vacibdir. Bu haqda «Bloomberg»ə məsələdən xəbərdar olan bir nəfər danışıb.

BELƏ ƏMƏKDAŞLAR OLMASA...

Bu cür icazəsi olan işçilər ABŞ hökumətinin məxfi saydığı informasiyalara çıxış əldə edəcək. «Facebook» istəyir ki, bu şəxslər potensial hədələrlə bağlı hökumətdən informasiya almaqla, seçkilərdən öncə şübhəli sosial media kampaniyalarını daha fəal araşdıra bilsinlər. «Facebook»un sözçüsü bu məlumatı şərh etməyib.

***Buna da bax-'Facebook' şirkətinin rəhbəri Konqresdə ifadə verəcək

Adətən, belə işlərə keçmiş hökumət və kəşfiyyat əməkdaşları namizədliyini verir. Kəşfiyyat əməkdaşlarının gizli informasiyaya icazəsi hökumət işindən çıxan kimi ləğv olunur, amma «Facebook»a görə yenidən bərpa oluna bilər, - həmin şəxs söyləyib.

Agentlik kəşfiyyat və daxili təhlükəsizlik qurumlarından da açıqlama ala bilməyib.

«Facebook» ötən ay bildirib ki, 2016-cı ilin prezident seçkisi zamanı 100 min dollarlıq reklamın Rusiya hökumətinə bağlı alıcılar tərəfindən alındığını aşkarlayıb. Bundan sonra sosial şəbəkə potensial siyasi manipulyasiyayla bağlı məsələlərdən dolayı təzyiqlə üzləşib.

Məxfi materialla işləyə bilən əməkdaşları olmasa, «Facebook» hədələrin araşdırılmasından ötrü hökumət təhqiqatçılarına sistemə çıxış verməli olacaq. Bunu Vaşinqtonda milli təhlükəsizlik məsələlərini araşdıran «Project on Government Oversight» təşkilatından Scott Amey deyir.

***Buna da bax-'Google' da Rusiyanın aldığı reklamları aşkarlayıb

«MÜNASİBƏTLƏR ŞƏFFAF OLMALIDIR»

«Ola bilsin, «Facebook» bunu ona görə edir ki, işləri hökumətə verməli olmasın», – deyən Amey əlavə edir ki, şirkətin hökumət agentlikləri ilə münasibəti şəffaf olmalıdır.

Məsələn, işçilərinin gözdən keçirdiyi gizli informasiyanın qorunmasından ötrü şirkət hansı siyasəti gerçəkləşdirəcək, bilinməlidir.

Ancaq milli təhlükəsizlik üzrə vəkil Alan Edmunds deyir ki, məxfi informasiya almaqdan ötrü «Facebook»un özünə də hökumətin icazəsi lazımdır:

«Şirkətin özünün icazəsi yoxsa, bir əməkdaşına gizli informasiyaya çıxış verə bilməzsən».

Özəl şirkətlərin ABŞ hökumətinin təhlükəsizlik materiallarına çıxış verdiyi şəxsləri işə götürməsi geniş yayılıb. İllər boyu belə namizədlərə tələbat yüksək olub. Bu cür işçilər özəl şirkətlərin hökumət agentlikləri ilə informasiya mübadiləsi zamanı lazım olur. «Facebook» da problemli reklamların araşdırılması zamanı kəşfiyyat agentlikləri ilə əməkdaşlıq edəcəksə, ona məxfi informasiyaya çıxışı olan işçilər gərəkəcək.

«Facebook», «Google» və «Twitter Inc.» noyabrın 1-də Konqresdə Rusiyanın bu sosial şəbəkələrin xidmətlərindən istifadəsi və ABŞ seçkilərinə müdaxilə məqsədiylə aldığı reklamlar barədə ifadə verəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG