Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:00

Facebook-dan bloqqerlərə xoş xəbər


«Facebook Notes» yeni görünüşdə
«Facebook Notes» yeni görünüşdə

-

Facebook özünün «qeydlər» (notes) bölməsini yeniləyir.

Əvvəllər daha uzun mətnləri yazmaq üçün istifadə olunan bölmə yeni dizayn və funksiyalarıyla artıq bir növ bloqa çevrilir.

Bölmə fotolar, geniş mətn sətirləri, daha böyük şriftlə istifadəyə veriləcək. Facebook «qeydlər»ə istifadəçiləri işarələmək, həştəq yaratmaq funksiyalarını da əlavə etməyə çalışır.

Yazıları istəkdən asılı olaraq, dostlara və ya hər kəsə açıq etmək olacaq.

Hazırda sınaq mərhələsində olan bölmə görünüşünə görə məşhur bloq platforması «Medium»a bənzəyir.

Yaxın zamanda bölmə yeni dizaynı ilə bütün istifadəçilərdə işlək olacaq.

XS
SM
MD
LG