Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:32

Foreign Policy: İsrail özünə "Azərbaycan" adlı hava limanı satın alıb


Amerikanın 4 diplomat və hərbi kəşfiyyat əməkdaşları deyirlər ki, İsrail İranın şimalında özünə aviabazaya giriş imkanı əldə edib.

Hansı məqsədlə? Cavab tam olaraq aydın deyil. «İsraillilər bir hava limanı satın alıblar», deyə yüksək çinli məmurlardan biri mənə fevralda bu barədə bildirib və əlavə edib ki, «hava limanı Azərbaycan adlanır».

Bu, Amerikanin «Foreign Policy» online dərgisindən bir hissədir. Yazı İranla-İsrail münasibətlərindəki gərginlik fonunda Azərbaycanın rolundan bəhs edir.

Məqalə müəllifli Mark Perry yazır ki, Azərbaycanın İsraillə hərbi əməkdaşlığı ancaq İranı qıcıqlandırmır. Bu yaxınlaşmadan Türkiyə və ABŞ da narahatdırlar.

«Biz İranın addımlarını yaxından izləyirik», yazıda ABŞ-ın xüsusi xidmətlərindəki mənbədən sitat gətirilir, - «lakin biz indi İsrailin Azərbaycandakı fəaliyyətini də izləyirik. Və deyim ki, gördüklərimiz heç də ürəyimizi açmır».

Öz mənbələrinə istinadən FP yazır ki, İsrailin Azərbaycandakı hərbi nüfuzu ilə bağlı ABŞ-ın xüsusi orqanlarında getdikcə artan təşviş var. Bu vəziyyət, İranla İsaril arasındakı gərginliyi zəiflətmək istəyən ABŞ diplomatlarının işini çətinləşdirir.

“Mənə danışırdılar ki, hərbi planlaşdırma mütəxəssisləri indi mümkün müharibə ssenarilərini nəzərdən keçirərkən İran körfəzi ilə məhdudlaşmır, Qafqazın da hadisələrin çoğrafiyasına daxil olacağı varintı da nəzərdən keçirilər” – deyə Mark Parry yazır.


Yazıda İranla-Azərbaycan münasibətlərindəki son aylar müşahidə olunan gərginlik təsvir edilir. Mark Parry hər şeyi kifayət qədər ətraflı və dəqiq təsvir edir, Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatlarını, İranın notalarını və s haqda danışır. Hətta hakim partiya üzvlərinin Azərbaycanın adının Şimali Azərbaycana dəyişdirilməsi təklifini qeyd edir.

Müəllif yazır ki, Azərbaycan Müdafiə naziri Səfər Əbiyev İrana səfərində Azərbaycanın heç bir xarici ölkəyə İrana hücum üçün öz ərazisindən istifadə etməyə razılıq verməyəcəyini bəyan edib. Lakin yazıda iddia olunur ki, İsrail təyyarələrinin İranı bombalayaraq Azərbaycan ərazisində yerə enmələri ehtimalları var. Bundan başqa, yazıda İsrailin Xüsusi axtarış dəstələrinin Azərbaycan ərazisində yerləşməsi imkanlarına toxunulur. Söhbət düşmən ərazisində vurulan təyyarəçiləri xilas etmək üçün vertolyotla onun ərazisinə çıxarılan desant dəstələrindən gedir. (Hava hücumlarını həyata keçirən orduların belə qruplara ehtiyacı olur ki, düşmən ərazisində vurulan hərbi təyyarələrin pilotlarını tez biz zamanda xilas etsin. Müəllif Azərbaycan ərazisinin belə əməliyytalar üçün əlverişli mövqe olduğunu nəzərdə tutur - AR)

İsrailin birbaşa Azərbaycan aerodromlarından istifadə imkanlarını inkar edən başqa Amerika diplomatı yazı müəllifinə izah edir: «Bunun (aerodromların birbaşa istifadəsi – AR) ciddi mövzu olmasına şübhə edirəm, lakin bir şey şübhə doğurmur ki, əgər İsrail qırıcıları hücumdan sonra Azərbaycanda yerə enmək istəsələr, onlara icazə veriləcək. İsrailin son 20 ildə Azərbaycanla dərin və oturuşmuş münasibətləri qurulub» – deyə təqaüdə çıxan diplomat bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG