Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:23

Nazirlik 7 hərbçinin öldüyünü təkzib edir


Müdafiə Nazirliyi ölkədəki hərbi hissələrdən birində əsgərlər arasında atışma və yeddi əsgərin ölümü ilə bağlı yayılan məlumatları təkzib edir.

Nazirliyin iyunun 18-də yaydığı məlumatda deyilir ki, «Bizim Yol» qəzetinin 18 iyun tarixli sayında «Hərbçilər arasındakı atışmada 7 nəfər ölüb» başlıqlı yazdakı məlumatlar şayiədən başqa bir şey deyil:

«Necə mümkündür ki, bu miqyasda hadisə baş versin və Müdafiə Nazirliyi konkret münasibət bildirməsin? Biz bunu təxribat kimi qiymətləndiririk. 7 nəfər kimdir, onları kim öldürüb və bunu nə üçün edib səbəbini göstərsinlər. Uydurma məlumatlarla Azərbaycan Ordusu haqqında mənfi fikirlər aşılamaq heç bir əndazəyə uyğun gəlmir və qəzetin manşetə çıxardığı əsassız açıqlamasına görə sadəcə təəssüf edirik», - deyə nazirliyin məlumatında daha sonra bildirilir.
«Bizim yol» qəzetinin yazdığına görə, Füzuli rayonundakı «N» saylı hərbi hissədə hərbiçilər arasında atışma olub, 7 hərbçi ölüb, bir neçə hərbçi də yaralanıb. Məlumatda ölənlər arasında zabitlərin də olduğu bildirilir. Qəzet hadisənin iyunun 17-də gündüz saatlarında kazarma rejimində baş verdiyini yazır.
Həmin gün Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində iyunun 16-da bir Azərbaycan əsgərinin həlak olması barədə məlumat yayıb. Həmin əsgər Şəki hərbi komissarlığından xidmətə çağırılan Xan Yusifovdur. «Bizim yol» qəzeti isə həmin əsgərin elə baş verdiyi iddia olunan insident zamanı öldürüldüyünü yazır.

Bu ilin əvvəlində Daşkəsəndə yerləşən «N» saylı hərbi hissədə əsgərlər arasında baş verən silahlı insidentdə 6 hərbçi ölüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG