Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:41

“Exo” qəzetinin fəaliyyətini dayandıracağı gözlənilir


Azərbaycanda populyar rusdilli “Exo” qəzetinin fəaliyyətinin dayandırılacağı gözlənilir.

Bu haqda “Turan” agentliyinə həmin qəzetin baş redaktorunun birinci müavini Ruslan Manafov danışıb.

Manafov bildirib ki, “Exo” fəaliyyətini mayın 26-na kimi davam etdirəcək. Həmin tarixdə qəzetin sonuncu nömrəsinin işıq üzü görəcəyi bildirilir.

Qəzetin bağlanmasına səbəb kimi maliyyə çətinlikləri və baş redaktor Rauf Talışinskinin vəfatı göstərilir.

Xatırlatma

“Exo” qəzeti 2001-ci ildən fəaliyyət göstərirdi. Qəzet həftədə 5 dəfə 6-10 min tirajla nəşr olunurdu.

“Exo”nun baş redaktoru Rauf Talışinski mayın 8-də vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG