Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:38

Prezident öz deməyində, parkı qazanlar öz işində...


Parkda qazıntı (arxiv fotosu)
Parkda qazıntı (arxiv fotosu)

“Əvvəl binaların həyətini ölçüb biçirdilər, sakinlər ayağa qalxdı, söz-söhbət oldu, deyəsən, qarşısını ala bildik. İndi də başlayıblar parkı qazmağa...”

BULAĞI DA DAĞIDIBLAR

Xətai rayounu, Qaçaq Nəbi küçəsinin sakinləri AzadlıqRadiosu-nun “Qaynar xətt”inə 3-4 gündür ki, ərazidəki parkın ərazisinin qazıldığını deyirlər. Sakinlər qazıntının ərazidə obyekt tikiləcəyi ilə əlaqələndirirlər. Onlar yeganə istirahət yerləri olan parkda qazıntı aparılmasına etiraz edirlər.

Buna da bax:​ Qışlaq sökülür... Pambıq əkiləcək

9 saylı binanın sakini Cəvahir Qasımlı deyir, parkın ön hissəsindən başlayıblar:

“Parka giriş imkanı qoymayıblar. Şəhidimizin adına bulaq var, onu da dağıdıblar. Səhər açılandan yenə töküblər ağır texnikaları, qazırlar. Xudmani, uşaqların əylənməsi üçün bəzi elektriksiz attraksionları olan parkdır. Olanımız-qalanımız bircə odur, indi də ona göz dikiblər”.

NÖVBƏYLƏ KEŞİK ÇƏKİRLƏR

Sakinlərin deməsinə görə, son illərdə binaların ətrafında yaşıllıq, istirahət yeri qalmayıb, müxtəlif obyektlər və hündürmərtəbəli yaşayış binaları tikilib. İndi də park hədəfdədir. Sakinləri narahat edən həm də parkdakı ağacların aqibətidir. Sakin Almaz Fərhadqızı deyir, ətraf binaların sakinləri, necə deyərlər, yatmayıb ağaclara növbəylə keşik çəkirlər:

Buna da bax: Dənizçilər yataqxanası çökür

“Görün nə günə qalmışıq ki, növbə cədvəli tutmuşuq, ağacları güdürük ki, kəsilməsin. Mən bir azdan işə gedəcəm, qonşum gedib duracaq başlarının üstündə ki, ağaclara toxunmasınlar. Gecə də bir başqa qonşu yatmayıb parkı güdəcək. Ayıb olsun belə məmurlara, vətəndaş məmurdan ağacı qoruyur. Arxasında məmur olmayan heç kəs o parkda daşı daş üstə qoya bilməzdi. Görün arxaları necə möhkəmdir ki, bu qədər adamın üstündən keçib o parkı sökürlər. Deyirlər, o günlərdə prezident ağacları qırdığına görə hansısa şirkəti cərimələyib, tikintini dayandırıb. Heç olmasa, bundan paylarını götürsünlər. Ancaq belə görünür ki, veclərinə deyil”.

“HEÇ BİR AĞAC KƏSİLMƏYƏCƏK”

Xətai rayon icra hakimiyyətindənsə deyirlər, narahatçılığa əsas yoxdur: "Abadlıq işləri aparılır, sakinlərin narahatçılıqları əsassızdır. Heç bir ağac da kəsilməyəcək".

Buna da bax:​ İşadamı: 'Gömrükçülər kərpic biznesimizin axırına çıxdı'

Sakinlərsə AzadlıqRadiosu-na bildiriblər ki, səliqəli parkın ərazisində abadlıq işləri aparılmasına ehtiyac yoxdur.

"Məqsəd hər nədirsə, 2-3 günə üzə çıxacaq, bir az aralıdakı parkı da abadlıq adı ilə qazıb obyekt tikdilər", – sakinlər deyir.

XS
SM
MD
LG