Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 04:49

“9 il əvvəl asfaltı düz çəkməyiblər. Hər dəfə yağış yağanda, sular əvvəlcə evin arxasına yığılır, sonra süzülüb evə dolur. Özüm ürək əməliyyatı keçirmişəm, 3 azyaşlı övladım var, hərəsi bir xəstəlik tapıb”.

Goranboyun Dəliməmmədli kəndində yaşayan Sevil Nəbiyeva AzadlıqRadiosu-na yaşadığı şəraitdən danışır. Deyir, əslində, zar-zor özünə və övladlarına bir ev qurub rahat yaşayırmış. O gün ki evin arxa küçəsindən yol çəkiblər, bax, həmin vaxtdan ailə rahatlığını da, sağlamlığını da itirib.

Buna da bax:​ Daha bir ünvanda yaşıllıq məhv edilir, yerində isə...

“Özləri də etiraf edirlər ki...”

Sevil Nəbiyevanın sözlərinə görə, müxtəlif qurumlara müraciət edəndən sonra gəlib baxış keçiriblər:

“Özləri də etiraf edirlər ki, vətəndaşın evi öz səhlənkarlıqları üzündən bu hala düşüb. Vaxtında asfaltı düz çəkməyiblər, suyun axar yeri olmadığından, gəlib evin arxasına yığılır. Güclü yağış yağanda, su divar boyunca qalxır. Bu neçə ildə divarların suvağını yuyub aparıb, daşlar aralanıb. Güclü yağış yağanda, evdə qalmırıq, çünki otaqlara su dolur”.

Dəliməmmədli sakini yorğan-döşəkdən tutmuş, elektrik cihazlarınadək hər şey xarab olduğuna diqqət çəkir. Ancaq zərər təkcə dünya malına dəysəydi, nə vardı ki: “Ciyərlərimiz, böyrəklərimiz sıradan çıxıb. Özüm ürək xəstəliyinə tutulmuşam. Bu yaxınlarda ürəyimdə əməliyyat da olunub”.

Buna da bax: Keçmiş döyüşçünün ailəsi icra hakimiyyətindən şikayətçidir

“Dediyiniz kimidirsə, bir tədbir görülər”

Goranboy Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə məsələdən xəbərsiz olduqlarını bildiriblər: “Kəndiçi yolları bələdiyyə asfaltlayır. Ailənin vəziyyətini araşdıracağıq. Əgər dediyiniz kimidirsə, bir tədbir görülər”.

Sağlamlığa vurulan zərərin əvəzini kim ödəyəcək?

Asfalt döşəyənlərin birini ürək, üçünü böyrək xəstəsinə çevirdiyi ailə üzvlərinin gözü qapıdadır. Bu insanların ötən 9 ildə sağlamlığına vurulan zərərin əvəzini kimin ödəyəcəyi də bilinməz qalır. Hüquqşünas Vaqif Alıyev deyir, ailə başçısı məhkəməyə müraciət edib sağlamlığa və əmlaka vurulan zərərə görə asfalt döşəyən qurumdan kompensasiya və mənəvi zərərə görə təzminat tələb edə bilər:

“Əlbəttə, daha öncə ailənin çəkdiyi zərərlərin məhz asfaltın düzgün çəkilməməsindən qaynaqlandığı sübut olunmalıdır”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG