Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 22:45

Avropa Yayım Şurası «Eurovision» mahnı müsabiqəsində iştirak qaydalarını dəyişib. Buna səbəb builki yarışmada rusiyalı müğənni Yulia Samoilovanın Ukraynaya buraxılmaması olub. Dəyişiklik barədə müsabiqənin məlumat portalı Esctoday məlumat yayıb.

Bundan sonra müsabiqənin keçirildiyi ölkənin ərazisinə buraxılmasında potensial qadağası olanlar «Eurovision»da iştirak edə və ya nümayəndə heyətinin üzvü ola bilməzlər.

2017-ci ilin yazında Ukrayna hakimiyyəti rusiyalı müğənni Yulia Samoilovanı öz ölkələrinə buraxmayıblar və onun bu ölkəyə girişinə növbəti iki ildə də qadağa qoyublar. Əsas kimi də o göstərilib ki, Samoilova Rusiyadan keçməklə ilhaq olunmuş Krıma gedib. Ukraynada bu, qanunvericiliyin pozulmasıdır. Rusiya isə öz növbəsində builki müsabiqədə iştirak etməkdən və onu özünün birinci kanalında yayımlamaqdan imtina edib.

Yulia Samoilova
Yulia Samoilova

Müsabiqənin təşkilatçıları isə «təşkilatı işləri yubatdığına» görə Ukraynanı cərimə edib. Cərimənin məbləği açıqlanmayıb.

Yayım Şurası həm də münsiflər heyətinin seçilməsi ilə bağlı tələbləri sərtləşdirib. Müsabiqədə oxunan mahnılarla hər hansı əlaqəsi olan şəxslərin münsiflər heyətinə salınması qadağan olunub. Təşkilatçılar bir daha vurğulayıblar ki, müsabiqədə siyasət və təbliğat yolverilməzdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG