Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 08:39

"Eurovision" mahnı müsabiqəsinin ilk qalibi, İsveçrə müğənnisi Liz Assia 94 yaşında Sürixdəki xəstəxanaların birində vəfat edib.

Liz Assia onun səhnə təxəllüsüdür. 1924-cü ildə anadan müğənninin əsl adı Roza-Mina Şererdir.

O, səhnə fəaliyyətinə rəqqasə kimi başlayıb. 1940-cı ildən müğənniliyə başlayıb.

1956-cı ildə "Eurovision" müsabiqəsində qalib gələndən sonra məşhurlaşıb.

O, bundan sonra ölkəsini daha iki dəfə sözügedən müsabiqədə təmsil edib.

1957-ci ildə 8-ci, 1958-ci ildə isə 2-ci olub.

Liz Assianın "Eurovision"da ilk çıxışı və qələbəsi (Video)

Buna da bax: Azərbaycanı 'Eurovision'da o təmsil edəcək

Günün bütün mövzuları

XS
SM
MD
LG