Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 02:16

Bu yarımildə 22 hərbçi qeyri-döyüş şəraitində həlak olub


Əsgər ölümlərinə etiraz (arxiv fotosu)

2017-ci ilin ilk yarısında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda azı 38 hərbi qulluqçu ölüb. Onların 16 nəfəri döyüş, 22 nəfəri isə qeyri-döyüş itkisidir.

Məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb.

İnstitut bildirir ki, Silahlı Qüvvələrin 16 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, 3 hərbçinin xəstəlikdən, 4 nəfərin intihar edərək, 2 nəfərin isə bədbəxt hadisə nəticəsində (qar uçqunu və tank altında qalma) öldüyü bildirilir. Bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.

Buna da bax:​ Əsgər ölümlərini gizlətmək ya açıqlamaq lazımdır? [video]

Qeyri-döyüş şəraitində ölənlərin statistikasına gəlincə, Xəzər Hərbi Tədqiqatlar İnstitutu 7 nəfərin naməlum səbəbdən, 3 nəfərin əsgər yoldaşının açdığı atəş sonucunda həyatını itirdiyini qeyd edir.

Bundan başqa, son altı ayda hərbi məsələlər səbəbindən azı 5 dinc sakinin həlak olub. Onlardan bir nəfərin mina partlayışından, 4 nəfərinsə naməlum səbəblərdən həyatlarını itirdikləri deyilir.

Ötən dövrdə bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürüldüyü bildirilir.

Buna da bax:​ "Ölən əsgərlərin arasında məmur, nazir övladı yoxdur"

Azərbaycan Müdafiə nazirliyi bu itkilər haqda ümumi statistika açıqlamır.

İyulun 2-i iş günü olmadığından məlumatı rəsmi qurumlarla dəqiqləşdirmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG