Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 18:33

ƏSA Teatrında ‘Yuxum’ tamaşasının premyerası olub – FOTOLAR


Əsas heyəti əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının növbəti tamaşasının premyerası olub.

Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyası 2 may 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının binasının tamaşa salonunda oynanıb.

Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, ƏSA Teatrının “Yuxum” tamaşasının premyerası “anşlaqla” keçib.

Mədəniyyət və siyasət nümayəndələri, məşhur teatr xadimləri, millət vəkilləri, ziyalılar o cümlədən bir çox səfirlik və dövlət qurumlarının işçiləri ilə yanaşı premyeraya ümumilikdə 400-ə yaxın tamaşaçı baxıb.

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, geyim üzrə rəssam isə Leyla Əliyevadır.

Tamaşada iştirak edən 15 aktyordan səkkizinin əlilliyi var.

Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq tamaşa zamanı işarət dili ilə tərcümə də təşkil edilib.

İşarət dili ilə tərcümə bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva tərəfindən icra olunub.

Fotoların müəllifi Famil Mahmudbəylidir

Günün bütün mövzuları

XS
SM
MD
LG