Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:52

Ermənistanda ömürlük həbs cəzası çəkən Permyakov Rusiyaya verilə bilər


Valeri Permyakov
Valeri Permyakov

Yaxın günlərdə Ermənistanda həbsdə olan rusiya əsgəri Valery Permyakovun cəzaçəkmə yeri barədə qərar qəbul ediləcək.

Bu barədə mayın 2-də AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb. Mənbənin məlumatına görə, Ermənistanın ədliyyə nazirliyi hazırda bu məsələni müzakirə edir.

Həmçinin PanArmenian saytının mayın 2-də verdiyi məlumata görə, vəkili Eduard Agajanian deyib ki, ola bilsin Permyakov cəzasını Rusiyada çəksin.

Qeyd edək ki, Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə 7 nəfərlik Avetisyan ailəsini odlu silahla qətlə yetirib.

Ermənistan məhkəməsi avqustun 23-də onu ömürlük həbs cəzasına məhkum edib.

Buna da bax: Video

Vəkil həmçinin Valery Permyakovun Rusiyada mühakimə olunmuş Ermənistan vətəndaşı Graç Arutyunian ilə dəyişdirilməsinin mümkünlüyü barədə onda elə bir məlumat olmadığını bildirib.

Həmçinin Ermənistanın ədliyyə nazirliyi bu barədə yayılmış şaiyələri rədd edib.

Arutyunian 2013-cü ildə Moskvada 18 adamın ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunub.

Valery Permyakov Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında xidmət edirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG