Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:08

Politoloq:"Ermənistan Suriyaya hərbi birləşmə göndərsə problemlə üzləşəcək"


Armenia - Russian Sputnik magazine
Armenia - Russian Sputnik magazine

Rusiya silahlı qüvvələri baş qərargahının rəsmi nümayəndəsi Aleksandr Novikovun bəyanatından 10 gün keçməsinə baxmayaraq, Ermənistan hələ də Rusiyanın təşəbbüsü ilə Suriyada yaradılan beynəlxalq hərbi koalisiyada iştiraka münasibət bildirməyib.

Bunu sentyabrın 6-da Azadlıq Radiosunun Ermənistan xidməti yazır.

Rusiyanın “Sputnik” dövlət agentliyinin məlumatına görə, Rusiya silahlı qüvvələri baş qərargahının tikinti və pilotsuz aparatların tətbiqi sisteminin inkişafı üzrə idarə rəisi general-mayor Aleksandr Novikov avqustun 25-də bildirib ki, artıq Ermənistanla Serbiya Suriyanın minasızlaşdırılması ilə bağlı bu koalisiyaya qoşulmağa hazır olduqlarını bəyan ediblər.

Onun sözlərinə görə, Rusiya bu koalisiyaya qoşulmaq üçün Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Serbiya və Ermənistana müvafiq sorğu göndərib.

Novikov bunu Moskvada keçirilən “Armiya-2017” beynəlxalq forumunda bildirib.

Buna da bax: Yerevanda narazıdırlar: 'Təhlükəsizliyimizi diversifikasiya etməliyik'

Azadlıq Radiosunun erməni xidməti Ermənistan prezident aparat və müdafiə nazirliyinə məsələ ilə bağlı sorğu göndərsə də müdafiə nazirliyi vaxt istəyib və bildirib ki, məsələ hələ araşdırılmalıdır.

Prezident aparatından isə bildiriblər ki, məsələ ilə bağlı yekun qərar qəbul ediləndə ictimaiyyətə açıqlama veriləcək.

Ermənistanlı politoloq Armen Grigoryan deyir ki, Ermənistanın maraqları baxımından Qərblə Rusiya arasında toqquşmadan kənarda durmaq lazımdır və erməni birləşməsinin Moskvanın təşəbbüsü ilə yaradılan bu koalisiyada peyda olması birbaşa əks vəziyyətə səbəb olacaq.

Foto arxiv
Foto arxiv

“Orda hərbi əməliyyatlar gedir, bu regonda böhran məhz Rusiya və Qərbin qarşıdurması çərçivəsində dərinləşir və Ermənistan bu bu cür hərəkətlərə nə qədər az cəlb olunsa, bu, ölkənin maraqlarına bir o qədər çox uyğun olacaq”, politoloq deyib.

O, həmçinin qeyd edib ki, erməni birləşmələri Suriyada peyda olsa, ölkə islam yaraqlılarının hədəfinə cevrilə və Ermənistana əlavə problem yarada bilər.

Buna da bax: "Azərbaycan ordusu dünyada 58-ci yerdədir"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG