Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:22

Ermənistan parlamenti müxalifətin Avrasiya birliyindən çıxmaq təklifinə baxır


Ermənistan parlamenti
Ermənistan parlamenti

Ermənistan parlamenti ölkənin Avrasiya iqtisadi birliyindən çıxması təklifinə baxmaq üçün müvəqqəti komissiya yaradılması məsələsini müzakirə edir.

Bu təklifi müxalifətdə olan “Yelk” partiyası təklif edib.

Ermənistan parlamentinin xarici məsələlər üzrə daimi komissiyası hərcənd ötən həftə bu məsələni müzakirə edib mənfi cavab versə də müxalifət fraksiyası reqlamentlə bağlı yeni qanundan istifadə edərək məsələni parlamentin sesiyasında saatyarımlıq npvbədənkənar dinləmələrə çıxarıb.

“Bu layihədə məqsəd Ermənistanın suverenliyini qorumaqdır.Avrasiya iqtisadi birliyi məkanında ona zərbələr vurulub” Yelk fraksiyasının rəhbəri Nikol Pashinyan deyib.

Nikol Pashinyan
Nikol Pashinyan

Fraksiya hesab edir ki, Ermənistan bu birliyə qoşulduqdan sonra bir sıra sahələrdə tənəzzül qeydə alınıb, 3 il ərzində ümumdaxili məhsul 8% azalıb. Məşğulluğun səviyyəsi 13% aşağı düşüb, beynəlxalq ehtiyatlar 40% azalıb, Ermənistanın dövlət borcu isə 10 % artıb.

Sənəddə həmçinin qeyd edilir ki, Avrasiya iqtisadi birliyinə qəbul olmaq,Gürcüstan və İran da daxil olmaqla Ermənistanın 3-cü ölkələrlə iqtisadi əlaqələrini məhdudlaşdırır.

“Yelk” fraksiyası hesab edir ki, bu birliyə qoşulduqdan sonra Ermənistanın təhlükəsizliyi də möhkəmlənməyib.

Fraksiya üzvləri hesab edirlər ki, Avrasiya iqtisadi birliyinin üzvləri yuxarı səviyyələrdə Azərbaycanın mövqeini müdafiə etməklə Qarabağ probleminin dinc yolla həllinə kömək etmirlər, Ermənistanın Strateji müttəfiqi Rusiya isə Azərbaycanı silahlandırmaqda davam edir.

“Yelk” fraksiyası deyir ki, bu üzvlükdən sonra Ermənistan 2016-cı ilin aprel döyüşlərində Qarabağda “xeyli ərazi itirib”.

Buna da bax: Sarkisian:"Ermənistan Rusiya, Qazaxıstan,Belarus və Azərbaycandan nümunə götürə bilməz"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG