Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Ermənistandakı qanlı hadisələrdən 9 il ötür


Foto arxiv
Foto arxiv

Martın 1-də Ermənistanda 10 nəfərin ölümü ilə nəticələnən toqquşmanın 9 ili tamam olur.

Yerevan polisi 2008-ci il martın 1-i səhər saatlarında “Azadlıq” meydanında prezident seçkisinin nəticələrinə etiraz edən və gecəni meydanda keçirən nümayişçilərə hücum elədi.

Bundan sonra, günün sonunda isə Aleksandr Myasnikyanın abidəsi ətrafındakı meydanda güc qrunlarının əməkdaşları ilə aksiyaçılar arasında toqquşma oldu və nəticədə 10 nəfər həlak oldu, onlarla adamsa yaralandı.

AzadlıqRadiosunun Ermənistan xidmətininin məlumatına görə, müxalifətdə olan “Erməni milli konqresi” partiyası bu gün axşam mitinq keçirərək ölənlərin xatirəsini anacaq.

Partiyanın sədr müavini və parlamentdəki fraksiyasının rəhbəri Aram Manukyan deyib ki, bu siyasi və ya seçkiqabağı mitinq olmayacaq, mitinq zamanı yalnız mart qurbanlarının xatirəsi anılacaq.

Manukyan deyir ki, onlar ədalətli məhkəmə və bunun üçün xüsusi komissiya yaradılmasını tələb etsələr də bu hələ də baş verməyib.

Onun sözlərinə görə, hakimiyyət bugünədək bu cinayəti törədənlər və onların rəhbərlərinə hansı cəza kəsilməsi, ölənlərin ailələrinə hansı kompensasiya verilməsinə aydınlıq gətirməyib.

AzadlıqRadiosunun Ermənistan xidməti yazır ki, hakim “Respublika “partiyasının mətbut katibi və parlament sədrinin müavini Eduard Sharmazanov hımin hadisədən danışmaq istəməyib, deyib ki, onda elə bir informasiya yoxdur, ikincisi onun bu məsələnin açılmasından danışmağa səlahiyyəti yoxdur, 3-cüsü isə insanların yarasına duz səpmək istəmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG