Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:58

Ermənistanda nazirlərin sayı ixtisar olunur


Ermənistan hökumətinin iclası. 2015

Ermənistan hökuməti nazirlərinin sayını ixtisar etmək niyyətindədir. Hələlik, «nazir-hökumət aparatının rəhbəri» vəzifəsinin ləğvindən söhbət gedir.

Hakim Ermənistan Respublika Partiyası dörd ilə yaxın müddət ərzində bu vəzifənin mövcudluğunu lazımlı saysa da, indi onu ləğv etmək qərarına gəlib.

«QARANLIQ OTAQDA QARA PİŞİK AXTARMAYIN»

Ötən həftəyədək bu vəzifəni Davit Harutiunian icra edirdi. O, 2014-cü ildə prezident Serzh Sarkisian-ın sərəncamı ilə bu vəzifəyə təyin edilib. Harutiunian 1998-ci ildən 2007-ci ilədək Ermənistanın ədliyyə naziri, ondan öncə, 1997-98-ci illərdə isə ədliyyə nazirinin birinci müavini olub. 2007-ci ildən bəri parlamentin deputatı, Dövlət-hüquq məsələləri və insan hüquqlarının müdafiəsi daimi komissiyasının sədri olmuş Harutiunian 2014-cü ildə yenidən hökumətə qayıdıb. Ona qədər, 2013-2014-cü illərdə hökumət aparatının rəhbəri postunu baş nazirin müavini Vache Gabrielian tuturdu. 2013-cü ildə bu postun məhz V.Gabrielian-ı vəzifəylə təmin etməkdən ötrü yaradıldığı deyilirdi.

Ölkə prezidenti S.Sarkisian mayın 25-də yenidən D.Harutiunian-ın ədliyyə naziri təyin edilməsi haqda sərəncam imzalayıb. Bundan öncə bu vəzifəni Arpine Hovannisian tuturdu. Hovannisian ötən həftədən parlamentin vitse-spikeridir.

AzadlıqRadiosunun erməni xidməti Milli Məclisin Dövlət-hüquq məsələləri və insan hüquqlarının müdafiəsi daimi komissiyasının sədri Hrayr Tovmasian-a belə bir sualla müraciət edib: «Konkret bir şəxs üçün dövlət vəzifəsinin yaradılması, sonra lazım olmadığına görə həmin vəzifənin ləğvi dövlət maraqlarına nə dərəcədə uyğundur?». Suala cavab olaraq H.Tovmasian jurnalistlərə «qaranlıq otaqda qara pişik axtarmamağı» məsləhət görüb. O əlavə edib ki, sadəcə olaraq, ölkənin hazırkı baş naziri Karen Karapetian bu vəzifəni gərəkli saymır.

Hrayr Tovmasian
Hrayr Tovmasian

İSLAHATLARIN KOORDİNASİYASI

Qeyd edək ki, sözügedən vəzifəni 2013-cü ildə ölkənin ozamankı baş naziri Tigran Sarkisian yaradıb. Sarkisian bu addımı əsaslandırmaq üçün iddia edirdi ki, ölkə islahatlar mərhələsindədir və bir neçə qurumun gerçəkləşdirdiyi islahatların koordinasiyasına ehtiyac var.

«Hər mərhələdə hökumətin özünə gərəkən rol bölgüsünü müəyyənləşdirmək və hansı məmura hansı rolu verməklə bağlı qərar qəbul etmək haqqı var», – deyə H.Tovmasian vurğulayıb.

Mayın 29-da Tovmasian-ın rəhbərlik etdiyi parlament komissiyası hökumətin müvafiq təklifini qəbul edib. Bu gün, mayın 30-da bu məsələ Milli Məclisin növbədənkənar sessiyasında müzakirə ediləcək.

Bu vəzifə tamamilə ləğv edilsə də, onun yerinə «Ermənistan Respublikası hökuməti aparatının rəhbəri» postunun yaradılacağı gözlənilir. Müvafiq olaraq, aparat rəhbərinin müavinlərinin vəzifələrinin də adları dəyişdiriləcək.

AĞIR İŞ YÜKÜ

Hökumət aparat rəhbərinə nazirlərin məvacibinə bərabər maaş vermək niyyətindədir.

Ədliyyə nazirinin müavini Artur Hovannisian qeyd edib ki, hökumət aparatının rəhbəri vəzifəsi ağır iş yükünü nəzərdə tutur.

Hökumət, eyni zamanda, Milli Məclis aparatının rəhbərinin də məvacibinin yüksəldilməsini təklif edir.

Ermənistanın baş naziri Karen Karapetian bu gün Davit Harutiunian-ı Ədliyyə Nazirliyinin aparatına təqdim edib.

«Davit Harutiunian işinin böyük peşəkarıdır. O, mühüm funksiyaları və missiyanı yerinə yetirir. Mövcud problemləri, ölkədə Konstitusiyanın yenilənməsini və qanunlarda dəyişikliklərə ehtiyac olduğunu nəzərə alsaq, Ədliyyə Nazirliyi hökumətin son dərəcə mühüm halqasıdır», – deyə baş nazir bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG