Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:54

Yerevan Türkiyə- Ermənistan protokollarının ləğv olunacağını deyir


Ermənistan XİN-in sözçüsü Tiqran Balayan
Ermənistan XİN-in sözçüsü Tiqran Balayan

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dekabrın 13-də Afinada olarkən bəyan edib ki, Yerevanın Ermənistan-Türkiyə münasibətləri məsələsində mövqeyi dəyişməz olaraq qalır.

Bu barədə məlumatı, Türkiyə XİN-in dekabrın 14-də Ermənistan-Türkiyə protokollarına dair bəyanatını şərh edərkən, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan AzadlıqRadiosunun Erməni xidməti – Azatutuyun radiosuna verib.

Azatutyun yazır ki, sözü gedən bəyanatla Ankara Nalbandyanın dekabrın 13-də Yunanıstan paytaxtında etdiyi çıxşıa cavab verib.

Bu çıxşında Nalbandyan demişdi: “Ermənistan prezidentinin təşəbbüsü ilə Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi başlanmış və bu proses 2009-cu ilin oktyabrında Sürix protokollarının imzalanması ilə nəticələnmişdi. Buna baxmayaraq, bu protokollar indiyədək ratifikasiya edilməyib, çünki Türkiyə protokolların hərfinə və ruhuna zidd və əsaslandırılmamış önşərtlər irəli sürüb”.

Ermənistan naziri daha sonra bildirib: “Bu sənədlər daim girov vəziyyətində qala bilməz və buna görə də Ermənistan prezidenti BMT Baş Assambleyasının tribunasından bəyan edib ki, Ermənistan protokolları ləğv olunmuş elan edəcək, beləki onların reallaşdırılması üçün pozitiv tərəqqi yoxdur və biz, 2018-ci ilin yazını bu protokollarsız qarşılayacağıq”.

Türkiyə XİN-in bəyanatında isə deyilirdi: “Nalbandyan bəyan edib ki, guya Türkiyə bu protokolların ratifikasiyasının təxirə salınmasına görə məsuliyyət daşıyır. Bu bəyanat həqiqəti əks etdirmir və dünya ictimai rəyini çaşdırmaq məqsədi güdür”.

Edvard Nalbandian (solda) və Türkiyənin ovaxtkı xarici işlər naziri Ahmet Davutoğlu Sürix protokollarını 2009-cu il, oktyabrın 10-da imzalamışdılar
Edvard Nalbandian (solda) və Türkiyənin ovaxtkı xarici işlər naziri Ahmet Davutoğlu Sürix protokollarını 2009-cu il, oktyabrın 10-da imzalamışdılar

Türkiyənin Xarici İşlər Nazirliyi habelə xatırladıb ki, Ermənistan 1991-ci ildə müstəqil dövlət elan olunanda, Türkiyə bir neçə səviyyələrdə Yerevanla münasibətlərin normallaşdırılmasına tərəfdar olduğunu bildirib.

Türkiyə XİN-in bəyantında deyilir: “Ermənistanın protokollara mənfi münasibətinin olmasına baxmayaraq, Türkiyə bu protokollardakı əsas müddəalara sadiq olaraq qalır. Bu protokollar hələ də Böyük Millət Məclisi Xarici İşlər Komitəsinin gündəliyindədir. Protokolların ratifikasiyası üçün Cənubi Qafqazda xoş siyasi atmosferin və sülhün təmin olunması vacibdir”.

Ankara bildirir ki, protokolların ratifikasiyası üçün konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipinə və BMT qətnamələrinə müvafiq şəkildə tənzimlənməsində irəliləyiş olmalıdır.

Bəyanatda deyilir: “Bütün hallarda Ermənistan Azərbaycan ərazilərinə müdaxiləsinə son qoymalıdır”.

XATIRLATMA:

Türkiyə və Ermənistan arasında barışıq istiqamətində yaxınlaşma 2009-cu ildə diplomatik münasibətlərin normallaşdırılmasına dair iki protokolun imzalanması ilə zirvə həddinə çatmışdı.

Sürixdə imzalanmış protokollar o vaxt Bakı-Ankara münasibətlərini son dərəcə gərginləşdirmiş və bundan sonra Ankara sənədlərin ratifikasiya edilməsi üçün şərt kimi Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən çıxması məsələsini qoymuşdu.

Bu da qeyd olunmalıdır ki, Yerevan əvvəllər də Ermənistanın Sürix protokollarından çıxacağı ilə hədələyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG