Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:25

Ermənistanla Tacikistan 'strateji tərəfdaşlığı' gücləndirir


Emomali Rahmon və Serzh Sarkisian
Emomali Rahmon və Serzh Sarkisian

Ermənistan prezidenti Serzh Sarkisian və Yerevana rəsmi səfərə gəlmiş tacik həmkarı Emomali Rahmon ötən gün (iyunun 14-də) strateji tərəfdaşlığı gücləndirməyə söz veriblər. Həm Ermənistan, həm də Tacikistan Rusiyanın yaratdığı hərbi alyansın üzvləridir.

Prezidentlərin görüşü zamanı S.Sarkisian bu il ölkələr arasında diplomatik münasibətlərin qurulmasından 25 il ötdüyünü xatırladıb. O qeyd edib ki, bu görüş rəmzi xarakter daşıyır.

E.Rahmon-un Yerevana rəsmi səfəri zamanı prezidentlərin danışıqlarının yekunu olaraq imzalanmış kommünikedə hələ sovet zamanından mövcud olan «güclü tarixi bağlar»dan söz açılır. Prezidentlər həmçinin, bir çox sahələrdə ikitərəfli əlaqələrin dərinləşdirilməsinə dair müqavilələr imzalayıblar.

ƏMƏKDAŞLIĞA AÇIQ SAHƏLƏR

«Ermənistan Respublikası və Tacikistan Respublikası iki ölkənin xalqları arasında dostluğu gücləndirmək və artırmaqda qərarlıdırlar. Onlar öz münasibətlərini strateji tərəfdaşlıq əsasında və qarşılıqlı etimad ruhunda quracaqlar», – deyə birgə bəyanatda qeyd edilir.

Bəyanatda deyilir ki, Yerevan və Düşənbə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlükdən qaynaqlanan qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəal əməkdaşlıq edəcəklər. Bəyanatda bundan başqa, tərəflərin qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa sadiqliyi vurğulanır.

E.Rahmon Ermənistanın KTMT çərçivəsində Tacikistanın cənub sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib.

E.Rahmon və S.Sarkisian Prezident Sarayında danışıqlar zamanı
E.Rahmon və S.Sarkisian Prezident Sarayında danışıqlar zamanı

E.Rahmon əməkdaşlığa açıq sahələr arasında ticarət, kənd təsərrüfatı məhsullarının istehsalı, qida, yüngül sənaye, mədən sənayesi, energetika, kommunikasiya, elm, təhsil və səhiyyənin adını çəkib.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏN DƏ DANIŞIBLAR

S.Sarkisian və E.Rahmon daha sonra Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız sülh yoluyla həllinə çağırıblar. Prezidentlər 2016-cı ilin oktyabrında KTMT üzvü olan dövlət başçılarının Yerevan sammitində Dağlıq Qarabağla bağlı qəbul edilən sənədi yenidən təsdiqləyiblər. Həmin bəyanatda ABŞ, Rusiya və Fransadan olan vasitəçilərin Qarabağ münaqişəsinin zor tətbiq etməmə, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ prinsipləri əsasında həlli üzrə səyləri dəstəklənir.

Tacikistan, Qazaxıstan və Qırğızıstan müsəlman və ya türk dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə çağıran bəyannamələrini imzalayıb. Bu səbəbdən Ermənistan KTMT üzvü olan Orta Asiya dövlətlərini dəfələrlə tənqid edib. E.Rahmon sonuncu dəfə bu ilin martında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Pakistanda keçirilən sammitində belə bir sənədi imzalayıb. Qırğızıstan prezidenti Almazbek Atambayev-sə ECO bəyannaməsinin Qarabağa aid hissələrini dəstəkləməkdən imtina edib və bu addımına görə rəsmi Bakının tənqidinə məruz qalıb.

S.Sarkisian Tacikistan rəhbəri ilə danışıqlardan sonra mətbuata müraciət edib. O, Dağlıq Qarabağ məsələsi kontekstində həm ərazi bütövlüyü, həm də öz müqəddəratını təyinetmə hüququ prinsiplərinin əhəmiyyətini vurğulayıb. Sarkisian qeyd edib ki, bu görüşdə də ABŞ, Rusiya və Fransanın başçılığı ilə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsini nizamlaya biləcək yeganə beynəlxalq mandatlı qurum olduğu vurğulanıb. Bu məqam Sarkisian-la Rahmon-un birgə bəyanatında əks olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG