Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:45

Ermənistan müxalifəti Qarabağa dair qapalı iclas tələb edir


Ermənistan parlamenti
Ermənistan parlamenti

Ermənistan müxalifətinin parlament fraksiyası “Erməni Milli Konqresinin” (EMK) rəhbəri Levon Zurabyan parlamentin fevralın 27-də keçirilən iclasında Qarabağda və təmas xətti boyunca vəziyyətin kəskinləşməsi ilə bağlı qapalı iclasın keçirilməsini tələb edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş verən hadisələr “Azərbaycanın təxribatı” və “aprel müharibəsinin davamıdır”.

“Biz tədricən hərbi eskalasiyaya yuvarlanırıq, deyib fraksiya başçısı, - Əgər çox tezliklə cəbhə xəttinin möhkəmləndirilməsi, diplomatik səylərimizin artırılması kimi adekvat tədbirlər görülməsə, baş verənlərin ölümcül nəticəsi ola bilər” – deyib Zurabyan.

Milli Məclisin sədri Qalust Saakyan “bu barədə düşünəcəyini” vəd edib, lakin eyni zamanda öz təəccübünü bildirib: “Amma bütün baş verənlərdən ictimaiyyətin xəbərdar olduğu halda biz qapalı iclasda nəyi müzakirə edəcəyik?”

Lakin Zurabyan iddia edib ki, müzakirə olunacaq məsələlər çoxdur. Onun sözlərinə görə, məsələn Ermənistanın resursları, diplomatik addımları və “Azərbaycanın mümkün təxribatları” müzakirə olunmalıdır.

“Mən hesab edirəm ki, milli təhlükəsizliyimizə yönəlmiş hədələrə siyasi reaksiyalarımız tamamilə qeyri-asekvatdır” – deyib müxalifət lideri.

Qalust Saakyan deyib ki, əlbəttə qapalı iclas çağırmaq olar, lakin indiki vaxtda verilmiş bəyanatlar çətin ki, situasiyanı dəyişsin.

Lakin hakim respublikaçıların liderlərindən Samvel Nikoyan qapalı iclas çağırılması çağırışını “seçkiqabağı populizm” adlandırıb.

“Bu işlə məşğul olmalı adamlar gecə və gündüz bu işlə məşğuldurlar və biz bu işin nəticəsini görürük” – deyib Nikoyan.

Onun sözlərinə görə “Azərbaycan tərəfi təxribat müdaxiləsi edib və itkilər verib, lakin bizim tərəfimizdən itki olmayıb”.

Nikoyan bildirib ki, bu məsələnin ayrıca müzakirə edilməsinə ehtiyac yoxdur.

Müxalifətçi deputat Zarui Postancyan isə deyib ki, ilk növbədə “aprel müharibəsinin” müzakirəsinə ehtiyac var.

Millət vəkili deyib ki, bu məsələ heç vaxt müzakirə olunmayıb və qiymətini almayıb.

Müxalifətçinin fikrincə əgər o vaxt aprel döyüşlərinin səbəbi araşdırılsaydı, bunun kimin təqsirindən baş verdiyi öyrənilsəydi, o qədər böyük itkilər verilməzdi.

Bu arada Reuters agentliyi bildirib ki, son döyüşlərdə həlak olmuş 5 azərbaycanlı əsgərin nəşləri qaytarıldıqdan sonra, tərəflər baş verən toqquşmalarda bir-birini ittiham edirlər.

Azərbaycanın Müdafiə Nazirliyi fevralın 27-də bildirib ki, toqquşmalar fevralın 25-də Xocavənd və Füzuli rayonlarının ərazisində baş verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG