Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 06:21

Ermənistan Şəffaflıq Təşəbbüsü-nə qoşulmaq istəyir


Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Astanada toplantısı, 29 sentyabr 2015

Təşəbbüsün beynəlxalq idarə heyətinin üzvü Qubad İbadoğlunun bildirdiyinə görə, müraciəti hələ ötən il dekabrın 28-də Ermənistan baş nazirinin aparat rəhbəri, nazir Davit Harutyunian imzalayıb.

Ermənistan "Mədən sənayesində şəffaflıq təşəbbüsü"nə (MSŞT-yə) üzv olmaq üçün müraciət edib. Bunu AzadlıqRadiosuna təşəbbüsün beynəlxalq idarə heyətinin üzvü Qubad İbadoğlu deyib.

O, müraciəti hələ ötən il dekabrın 28-də Ermənistan baş nazirinin aparat rəhbəri, nazir Davit Harutyunian-ın imzaladığını söyləyib. Müraciətdə qeyd olunur ki, Ermənistan MSŞT-nin prinsip və dəyərlərin qəbul edir, üzvlüklə bağlı tələb olunan standartlara əməl edərək, maraq qruplarından ibarət Çoxtərəfli Qrup formalaşdırıb və 2017-2018-ci illər üçün MSŞT Fəaliyyət Planını bəyənib. Ermənistan höküməti, bütün bunları nəzərə alaraq, MSŞT beynəlxalq idarə heyətindən ölkənin üzvlük ərizəsinə baxılmasını xahiş edib.

Q. İbadoğlunun sözlərinə görə, Ermənistanın üzvlük ərizəsi böyük ehtimalla martın 8-9-da MSŞT beynəlxalq idarə heyətinin Boqotada keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq. Sözügedən toplantıda Azərbaycanın öhdəlikləri də dartışılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG