Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:37

AzadlıqRadiosu xəbər verir ki, mayın 11-də Ermənistan prezidenti Serj Sarkisyanın hakim Respublikaçı Partiyası daha kiçik siyasi təşkilat - Erməni İnqilabi Federasiyası (EİF) – Daşnaksutyun Partiyası ilə koalisiya sazişi imzalayıb.

Hakim respublikaçılar aprelin 2-də keçirilmiş parlament seçkisində 105 mandatdan 58-ni qazanıblar. Bu, 50 faizdən çox olsa da, Respublikaçı Partiyasının hökumət təşkil etməsi üçün onun başqa bir partiya ilə koalisiyaya girməsi zəruri idi.

Qanunverilicilik qaydaları Konstitusiya Məhkəməsi hakimlərinin, baş prokurorun, mərkəzi bank rəhbərinin və seçki rəsmilərin təyin edilməsi üçün hökumətin parlamentdə 5-in 3-ə nisbətində çoxluğa malik olmasını tələb edir.

Bundan başqa mühüm qanunların – məsələn, seçki və ədliyyə məcəllələlərinin, referendumların keçirilməsi barədə qərarların, habelə Konstitusiya Məhkəməsinə aid qanunvericiliyin parlamentdən keçməsi üçün onları parlamentin 5-də 3-ünün dəstəkləməsi lazımdır.

Daşnaksutyun Partiyasının malik olduğu 7 mandat hökumətin mandat sayını 63-ə çatdırararq beşdə üç çoxluğu təmin etmiş olur.

Respublikaçı Partiyanın vise-prezidenti Armen Aşotyan deyib ki, iki partiya bənzər proqram və dəyərlərə malik olduğundan onların koalisiyası kifayət qədər işlək olacaq.

Aprelin 2-də keçirilmiş seçkidə Respublikaçı Partiya səslərin 49, 15 faizini əldə edib. Rusiyameylli maqnat Qagik Tsarukyanın mərkəz-sağçı “Tsarukyan alyansı” səslərin 27. 37 faizinə sahib olub.

Azərbaycana qarşı sərt

Bundan əvvəlki hökumətdə də hakim respublikaçılarla koalisiyada olan daşnaklar seçkidə səslərin yalnız 6, 57 faizini qazanıblar.

Bir sıra beynəlxalq müşahidəçilər 2 aprel seçkisində “səslərin satın alınması” kimi pozuntular barədə iddiaların olduğunu bildiriblər.

Əvvəlki koalisiya hökumətində EİF-in üç nazir postu vardı. Bunlar iqtisadiyyat, təhsil və yerli idarəçilik nazirləri postları idi.

Daha çox Daşnaksutyun adı ilə tanınanan EİF əvvəllər Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməklə iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib.

Daşnaksutyun Azərbaycana qarşı da son dərəcə sərt mövqe tutur. Partiya hesab edir ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG