Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:10

İran qazı Ermənistan ərazisi ilə ixrac edilərsə...


İran qaz kəməri Ermənistan ərazisində

“İran qazı Ermənistan ərazisindən ixrac edilsə, boğucu türk-Azərbaycan halqası qırılacaq”

BMT-nin enerji məsələləri üzrə eksperti Ara Marjanian deyir ki, İranın Gürcüstana ixrac etdiyi qazın Ermənistan ərazisindən keçməsi bu ölkəyə gözəl imkan yaratmış olacaq. Bu zaman Ermənistan "boğucu Türkiyə-Azərbaycan halqasını" qıra biləcək və şimal-cənub xətti üzrə Yerevanın blokadasına son qoymağa nail olacaq. O qeyd edib ki, bu halda Ermənistan ciddi energetika layihələrinə cəlb edilə bilər.

Buna da bax:​ Rusiyadan Ermənistana təbii qaz ötürülməsində fasilə olacaq

Ekspertin sözlərinə görə, ötən il Rusiya, Ermənistan, Gürcüstan və İranın iştirakıyla bir neçə dördtərəfli görüş keçirilib və bu istiqamətdə ilkin razılaşmalar əldə edilib. Marjanian hesab edir ki, bu, regionda geosiyasi vəziyyətin dəyişəcəyindən xəbər verir.

BMT-nin enerji məsələləri üzrə eksperti Ara Marjanian, 2 avqust 2017
BMT-nin enerji məsələləri üzrə eksperti Ara Marjanian, 2 avqust 2017

Qeyd edək ki, 2016-cı ilin yanvarından İranın Neft Nazirliyinin qaz ixracı üzrə milli şirkətinin direktoru Ali Reza Kameli bildirmişdi ki, Tehran və Tbilisi Ermənistan ərazisi vasitəsilə Gürcüstana ildə 500 milyon kubmetr qaz ixracına dair ilkin razılaşma əldə ediblər. Ancaq bu danışıqlar hələ də hər hansı nəticə verməyib.

Buna da bax: İran sanksiyalardan sonra ilk neft-qaz tendiri verib

“İZLƏR BAKI VƏ ANKARAYA GEDİB ÇIXIR”

Bu razılaşmanın hələ də reallaşdırılmamasına dair suala cavabında Marjanian belə deyib:

«Bəli, həyata keçirilməyib, çünki buna mane olan çox güclü qüvvələr var. Bir qayda olaraq, bizim KİV-lərimizdə Rusiya tərəfinin layihənin gerçəkləşdirilməsinə müəyyən əngəllər yarada biləcəyi vurğulanır. Ancaq düşünürəm ki, burada Türkiyə-Azərbaycan vektoru ... daha həlledici rol oynayır. Son iki il ərzində təxminən üç dəfə Şimal-Cənub qaz kəmərində və infrastrukturun digər obyektləri istiqamətində müxtəlif təxribat cəhdləri həyata keçirilib. İzlərsə açıq-aşkar Bakı və Ankaraya gedib çıxır».

Ancaq ekspertin dəyərləndirməsinə görə, həm Ermənistan, həm də region hazırda yeni, ciddi və ölkəyə sərfəli dəyişikliklərin astanasındadır.

Buna da bax:​ İran Azərbaycana rəqib olur

Xatırladaq ki, ötən gün Ermənistan prezidenti Serzh Sargsian İranın "Şərq" qəzetinə müsahibəsində İran qazının Ermənistan ərazisindən keçməklə Avropaya nəqli məsələsinə toxunub. «Bu layihə hərtərəfli öyrənilməli, hesablanmalıdır və əgər o, bütün tərəflər üçün iqtisadi cəhətdən sərfəli olsa, o zaman niyə də yox? Hal-hazırda bu məsələni ekspertlər müzakirə edir. Öz tərəfimizdən dəfələrlə qeyd etmişik ki, iri regional iqtisadi layihələrdə iştirakda maraqlıyıq və əməkdaşlığa hazırıq», – deyə Serzh Sargsian qeyd edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG