Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:58

'Ermənistan internatlara yox, uşaqlara diqqət ayırsın'


İnternat
İnternat

Ermənistanda əngəlli uşaqların qaldığı internatın direktoru üç il ərzində 95 min ABŞ dollarına bərabər vəsaitin mənimsənilməsində ittiham olunur. Hasmik Mkrtchian-a ittihamlar ötən il irəli sürülüb.

«Human Rights Watch» insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktor müavini Jane Buchanan yazır ki, elə ötən il o, Ermənistandakı internatlarda sui-istifadə hallarını araşdırıbmış. Yerevandakı Marie Izmirlian internatında da bir neçə dəfə olub. H.Mkrtchian məhz həmin müəssisənin direktoru kimi 100-dən çox əngəlli uşağa cavabdehlik daşıyırmış.

İKİ SEÇİM

«Bu ittihamların əsaslı olub-olmadığını bilmirik, ancaq həmin internat Ermənistandakı qapalı müəssisələr sisteminin qüsurlarını üzə çıxarır. Bu internatda, ölkədəki digər qapalı oxşar ocaqlardakı kimi, valideyni, yaxud qayğısına qala biləcək digər qohumu olan uşaqlar qalır. Amma əngəlli uşaqlar daha çox belə internatlara gətirilir. Çünki hökumət və donorların çoxu pulu məhz bu məkanlara xərcləyirlər, ailələri dəstəyə, yaxud icmalarda xidmətlərin inkişafına qoymurlar», – müəllif yazır.

Sonucda da ailələr mümkünsüz seçim qarşısında qalırlar: ya övladlarını internata qoymaqla onu gərəkən səhiyyə, reabilitasiya və digər xidmətlərlə təmin, ya da evdə saxlamaqla bu xidmətlər məhrum edə bilərlər.

Kimsəsizlərin ev arzusu çin olur
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Marie Izmirlian internatı da ən müasir avadanlıqlarla təchiz olunub – üzgüçülük hovuzundan tutmuş, müalicəvi vanna, bir donorun maliyyələşdirdiyi duz terapiyası otağınadək.

15 UŞAQ GÜNÜNÜ ÇARPAYIDA KEÇİRİRDİ

«Di gəl, internata fərqi günlərdə, fərqli vaxtlarda getməyimə baxmayaraq, terapiya otaqlarında bircə uşaq da görmədim. Əvəzində eyni otaqlarda eyni uşaqların qalmasının şahidi oldum. 15 uşaq vaxtın çox hissəsini çarpayılarda uzanmış halda keçirirdilər, cəmi iki baxıcı vardı. Bəziləri çarpayılarına parça lentlərlə bağlanmışdılar», –J.Buchanan yazır.

Müəllifin fikrincə, qapalı ocaqların dəstəklənməsi uşaqların xeyrinə deyil, zərərinədir. İllər boyunca aparılan sosial elmi araşdırmalar belə ocaqların özlərinin uşaqların inkişafını əngəllədiyini üzə çıxarıb. Burada böyüyən uşaqlar əqli, emosional və fiziki inkişaflarına gərəkən diqqət və qayğını görmürlər. Belə məkanlarda böyüyən uşaqlar elə ömürləri boyunca buradan çıxa bilmir, təcrid olunmuş yaşayır, müstəqillikdən həyati seçimlərdən məhrum olurlar.

«Hökumət və donorlar ailələrə uşaqlarının qayğısına qalmaqda kömək etməlidirlər. Bu xidmətlər qapalı ocaqlardan çıxarılaraq ailələrin əli çatacaq icmalara köçürülməlidir. Bu, iqtisadi baxımdan daha səmərəlidir. Ən vacibi isə, uşaqları qapalı ocaqların ziyanlarından qoruyar», – müəllif vurğulayır.

XS
SM
MD
LG