Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

HRW Ermənistanı tənqid edir


Ermənistanda polislə aksiyaçılar arasında toqquşma olub- yaralılar var
Gözlə

No media source currently available

0:00 0:08:16 0:00

Ermənistanda polislə aksiyaçılar arasında toqquşma olub- yaralılar var

Ermənistan hökuməti ötən ilin iyulunda «əsasən dinc» etirazçılara və jurnalistlərə qarşı polis zorakılığına görə tam hesabatlılıq təmin edə bilməyib. Bunu «Human Rights Watch» (HRW) insan haqları təşkilatı iyulun 30-da bildirib.

Qurumun məlumatına görə, ötən il azı 32 etirazçıya ittiham irəli sürülüb, 21-i məhkum edilib, 11-nə həbs cəzası verilib.

«Yerevandakı iyul etirazlarından bir il sonra polis zorakılığının qurbanları hələ də ədalət və hesabatlılıq gözləyir», – HRW-nın Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia yeni açıqlanmış hesabatda bildirir.

«HESABATLILIQ PROSESİ VACİBDİR»

«İctimaiyyətin polisə və ədalət sisteminə inamı ciddi sarsılıb və bunun bərpasından ötrü səmərəli hesabatlılıq prosesi vacibdir», – o söyləyib.

Ötən il Yerevanda silahlı müxalifət qrupu polis məntəqəsində bir neçə nəfəri girov götürmüşdü. Müxalifətə rəğbət bəsləyən bir neçə yüz etirazçının silahlılara ərzaq verilməsi tələbi gözardı ediləndən sonra onlar bir neçə gecə polislə toqquşublar.

Silahlılar prezident Serzh Sarkisian-ın istefasını, «Təsisçi Parlament» adlı radikal müxalifət hərəkatının lideri Zhirayr Sefilian-ın buraxılmasını tələb edirdilər.

Silahlı dəstə Yerevanda polis maşınını yandırıb
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Silahlı qrup sonucda girov saxladıqları bütün polisləri buraxdılar, onlara mətbuata danışmaq imkanı yaradıldı.

HRW etirazçıları «əsasən dinc» adlandırıb.

«Bəzi etirazlar zamanı hakimiyyət aşırı gücə əl atıb, jurnalistlər də daxil olmaqla, nümayişçilərə hücum olunub», – hesabatda deyilir.

«Hakimiyyət qanunsuz olaraq etirazın bir çox liderlərini və yüzlərlə iştirakçını saxladı, bəzilərinə əsaslandırılmamış ittihamlar irəli sürdü. Heç bir rəsmi təqib olunmayıb», – sənəddə vurğulanır.

HÜQUQ-MÜHAFİZƏ ƏMƏKDAŞLARINDAN CƏZALANAN OLMAYIB

«Human Rights Watch» bildirir ki, hakimiyyət polisin davranışıyla bağlı təhqiqat başladıb, ancaq bu, məhdud hesabatlılıqla sonuclanıb. Hər hansı hüquq-mühafizə əməkdaşına ittiham verilməyib.

Hesabatda o da vurğulanır ki, bəzi polislərlə bağlı intizam tədbirləri görülüb, işdən çıxarılanlar olub. Yerevan polis idarəsinin rəhbəri 2016-cı ilin avqustunda işdən çıxarılıb, səbəb «etirazçılar və jurnalistlərə zorakı hücumların önlənməməsi» göstərilib.

Ancaq HRW onu da bildirir ki, ötən ilin dekabrında Sarkisian Yerevan polisinin rəis müavinini «ictimai asayişin əla səviyyədə saxlanması»na görə medalla təltif edib. O, iyulun 29-da etirazçılara qarşı polis əməliyyatlarında iştirak edib.

«Hökumət etirazların təşkilatçıları və iştirakçılarına ciddi ittihamları əsaslandıran hər hansı etibarlı dəlili ictimaiyyətə açıqlamalıdır», - HRW-dan Gogia deyib.

«Hakimiyyət etirazçıların dinc fəallığına qarşı qisas məqsədiylə onları uzunmüddətli həbs cəzasına məhkum etməməlidir», – o, sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG