Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Amerikalı general: «Ermənistan Müdafiə nazirliyi ilə kifayət qədər geniş əməkdaşlığımız var»


Lee Tafanelli

«Ermənistanla hərbi əməkdaşlıq proqramı uğurludur və dacam etdiriləcək» - ABŞ-ın Kanzas ştatının adyutant-generalı Lee Tafanelli iyulun 28-də Ermənistanın Axuryan rayonunda mətbuat konfransında çıxışı zamanı belə deyib.

«Bizim hərbi sahədə kifayət qədər geniş əməkdaşlığımız var və biz bu əməkdaşlığı Ermənistanın Müdafiə nazirliyi vasitəsilə həyata keçiririk. Il ərzində biz müxtəlif sahələr üzrə 10-15 tədbir keçiririk və bu davamlı olacaq» - deyə Lee Tafanelli əlavə edib.

Amerikalı general Ermənistanın müdafiə naziri Vigen Sarkisian-la da görüşüb.

Birləşmiş Ştatlar 2002-ci ildə Ermənistana 50 milyon dollara yaxın vəsait çərçivəsində hərbi yardım göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG