AzadlıqRadiosu

AZƏRBAYCANIN İSTEHSAL ETDİYİ SİLAHLAR

Iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Araz” zavodunda partlayışda 2 nəfər həlak oldu, xeyli sayda insan yaralandı. Bu hadisədən sonra AzadlıqRadiosu Azərbaycanın nələr istehsal etdiyi barədə açıq mənbələrdə kiçik araşdırma aparıb bu fotoqalereyanı hazırlayıb.
Fotolar: azeridefence.com

Reaktiv yaylım atəş sistemi - 107 mm., atış mənzili 11 km.
RGB-40 revolver tipli əl qumbaraatanı. Serbiya ilə birgə istehsal
120 mm-lik minaatan və 107 mm-lik reaktiv yaylım atəş sistemi
Təkmilləşdirilmiş 40 mm-lik dəzgahlı qumbaraatan
81 və 57 mm.lik “Leysan” raketatar sistem. Üç və təkborulu variantları var.
Zirehli texnika üçün uzaqdan idarə olunan döyüş modulları
5.56×45 mm-lik EM-14 avtomatı (yuxarıda) və Türkiyə şirkəti ilə birgə istehsal olunan “İnam”, “Zəfər” və “Zəfər-K” tapançaları
Müxtəlif silahlar üçün sursatlar
Arxiv fotosu: Rəsmilər "Zərbə" adlı kamikadze-dronların ordunun sərəncamına verildiyini deyirlər
14.5 mm. “İstiqlal”(yuxarıda) və Milli Qəhrəman Mübariz İbrahimovun adına 12.7 mm. “Mübariz” antimaterial snayperləri
7.62×54 mm. “Yırtıcı” (yuxarıda) və 7.62×51 mm. “Yalquzaq” snayperləri
RPQ-7 qumbaraatanı və onun sursatları
Artırılmış atış mənzilinə malik minaatanlar
Azərbaycan "İldırım", "Qasırğa" adlı milli zirehli texnikalar, o cümlədən bu kəşfiyyat maşınını yeniləyib üstün funksiyalar əlavə etdiyini bildirir.
7.62 mm.lik HP-7.62 hücum pulemyotu
57 və 80 mm.lik idarə olunmayan raketlər