Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:55

II Qaregin ermənilərin Ermənistanı tərk etməsinin səbəbini anlamır


II Qaregin
II Qaregin

Ötən gün Müqəddəs Eçmiədzin Kilsəsinin Ali patriarxı və bütün ermənilərin katolikosu II Qaregin Böyük Kilikiya Evinin katolikosu Birinci Aramın səs-küyə səbəb olmuş bəyanatına münasibət bildirib. O deyib ki, ermənilərin Ermənistanı tərk etməsi səbəblərinə dəqiq qiymət verməyə çətinlik çəkir.

«SƏBƏBLƏR ÇOXDUR VƏ MÜXTƏLİFDİR»

«Səbəblər çoxdur, onlar müxtəlifdir və hamımız onları görməli, anlamalı və dərk etməliyik. Biz daimi müharibə təhlükəsi qarşısında dayanmışıq, müharibə edən ölkəyik. Təbii ki, bu təhlükədən yaxa qurtarmaq, yəni uşaqlarının həyatını təhlükə altına qoymamaq istəyən ailələr var. Ölkə iqtisadi blokadadadır və iqtisadiyyatın vəziyyəti də xalqımızın rifah halının qurulmasına təsir edir. Çoxları çətinlik yaşayır, işləri yox, maddi imkanları yox. Onlar rifah hallarını təmin edə biləcəkləri başqa ölkələrdə imkanlar axtarırlar. Belə bir vəziyyətdə hamımız səylərimizi birləşdirməliyik... İşimiz alınmadığına görə, ədalətsizliyə görə vətənimizi tərk edə bilmərik», – deyə katolikos AzadlıqRadiosunun erməni xidmətinə (Radio Azatutyun) müsahibəsində bildirib.

***Buna da bax-243 min Ermənistan vətəndaşı 'yoxa çıxıb'

Onun sözlərinə görə, hər kəsin, o cümlədən ali kilsə vəzifəsi tutan şəxsin öz baxışları və təsəvvürləri var.

«Hamımız xalqımızın ölkəmizdən köçüb getməsindən danışırıq. Və hamımız səylərimizi birləşdirməliyik – diaspor, Ermənistan, istisnasız olaraq bütün ermənilər bu halın qarşısını ala bilmək üçün öz səylərini birləşdirməlidirlər», – deyə o qeyd edib.

«GƏLİN SƏMİMİ OLAQ»

Sentyabrın 18-də, VI Ermənistan – Diaspor Konfransı iştirakçıları qarşısında çıxış edən Böyük Kilikiya Evinin katolikosu Birinci Aram belə demişdi:

***Buna da bax-Diaspor '4 milyonluq Ermənistan'ı real saymır

«Gəlin realist və səmimi olaq. Ermənistan boşalır, diaspor isə tükənir. Bu təhlükəli reallıq qarşısında təsadüfi təşəbbüslər problemlərimizi həll edə və yaralarımızı sağalda bilməz».

Katolikos Birinci Aram bu sözləri Ermənistan prezidenti Serzh Sarkisian-ın qarşısında demişdi. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, S.Sarkisian-ın prezidentliyi dövründə, 2008-ci ilin yanvarından bu il iyulun 1-dək Ermənistanın daimi əhalisinin sayı 250 min nəfər azalaraq, 2 milyon 979 minə düşüb.

AzadlıqRadiosunun «Ermənistanın boşalmasında günahın bir hissəsi ölkə rəhbərliyinin üzərinə düşürmü» sualına cavab olaraq Böyük Kilikiya Evinin katolikosu belə deyib:

«Bəyanatımda öz sözümü dedim. Gəlin müstəqillikdən danışaq. Müstəqillik müqəddəs dəyərdir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG