Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:47

Ermənistan daha bir əsgərinin həlak olduğunu bldirir


Foto arxiv
Foto arxiv

Ermənistan Dağlıq Qarabağda daha bir əsgərinin həlak olduğunu bildirir.

Bu barədə martın 1-də AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.

Mənbənin məlumatına görə, müqavilə ilə xidmət edən hərbi qulluqçu Nver Babacanyan saat 16:50 radələrində aldığı güllə yarasından keçinib.

Qondarma Dağlıq Qarabağ rejiminin hərbi rəhbərliyi mövqelərinə 10 mərmi düşdüyünü bildirir.

Qeyd edək ki, son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində silahlı toqquşmalar, atışma və itkilərin sayının artdığı müşahidə olunur.

Tərəflər bir-birlərini atəşkəs rejimini pozmaqda günahlandırırlar.

Foto arxiv
Foto arxiv

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 144 dəfə pozublar.

Nazirliyin məlumatında qeyd edilir ki, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam dayaq məntəqələrinin qərargahına cavab zərbəsi endirilib.

Məlumatda Ermənistan tərəfinin öz itkilərini gizlətdikləri iddia edilir.

Qarabağ münaqişəsi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Bu il fevralın 24-dən isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG