Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:58

Ermənistan təmas xəttində videokameralar quraşdırır


Foto arxiv
Foto arxiv

Ermənistan Dağlıq Qarabağda qoşunların təmas xəttində videomüşahidə qurğuları quraşdırır.

Bu barədə mayın 23-də Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 2016-cı il aprel döyüşlərindən sonra Ermənistanın müdafiə nazirliyi təmas xəttində videomüşahidə kameraları quraşdırır.

Foto arxiv
Foto arxiv

Amma nazirlik təmas xəttində "konserv bankaları" üsulundan da imtina etmir.

Nazirliyin müdafiə siyasəti üzrə idarəsinin rəisi Levon Ayvazyan bu tədbirin effektli olduğunu deyir:

“Bu tədbir ibtidai üsul olsa da effektlidir. Əgər bu işləyirsə və faydalıdırsa, onda müasir texnologiya ilə yanaşı bundan da istifadə etmək olar. Bəzi yerlərdə bu lazımlıdır”, Ayvazyan deyib.

Mənbənin yazdığına görə, silahlı qüvvələrin baş qərargah rəsii Movses Akopyan mayın 22-də keçirdiyi iclasda mövqelərdə hərbi qulluqçuların təhlükəsizliyinin gücləndirilməsini göstəriş verib.

Onun sözlərinə görə artıq təmas xəttinin bir sıra yerlərində videomüşahidə kameraları quraşdırılıb, amma proses hələ yekunlaşdırılmayıb.

Buna da bax: "Həmsədrlər tərəfləri aqressiv ritorikadan çəkinməyə çağırır"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG