Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:51

Erməni tanklarının çəninə yanacaq əvəzinə su tökülübmüş?


İşğaı olunmuş Qarabağda erməni tankı, 6 aprel, 2016
İşğaı olunmuş Qarabağda erməni tankı, 6 aprel, 2016

Ermənistanın baş prokurorluğu ötən ilin aprel döyüşlərində Qarabağdakı erməni tanklarının keyfiyyətsiz yanacaq ucbatından hərbi tapşırıqları yerinə yetirə bilməməsi haqda iddiaları araşdırıb.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti xəbər verir.

Prokurorluq bildirir ki, yanacağın keyfiyyətsizliyi, bəzi tankların çəninə hətta yanacaq əvəzinə su tökülməsi haqda deyilənlər həqiqəti əks etdirmir.

Xatırladaq ki, bu ilin martında baş nazir Karen Karapetyan Ermənistanın Milli Məclisində çıxış edərkən demişdi ki, ölkə bazarlarında külli miqdarda keyfiyyətsiz yanacaq var və aprel döyüşləri zamanı da bu səbəbdən hərbi texnikanın işə düşməməsi ilə bağlı çoxlu hallar olub.

Qeyd edək ki, Qarabağdakı qondarma "müdafiə ordusunun" N saylı hərbi hissəsində komandirin müavini olmuş podpolkovnik Aleksan Arakelyanın atası Gevork Arakelyan mətbuata demişdi ki, aprel döyüşləri zamanı bəzi tankların çəninə yanacaq əvəzinə su töküldüyü ortaya çıxıb. Bəzi tankların isə elektrik akkumulyatoru olmayıb. Onun fikrincə, buna görə də erməni qüvvələri döyüşlərdə Azərbaycan tərəfinə lazımi şəkildə cavab verə bilməyiblər. Prokurorluq bildirir ki, bu məlumatlar təsdiqini tapmayıb və bu səbəbdən cinayət işi açılmasına ehtiyac yoxdur.

Bundan əvvəl Müdafiə Nazirliyi də bəyan etmişdi ki, aprel döyüşlərində texnikanın keyfiyyətsiz yanacağa görə işə düşməməsi halları baş verməyib.

Bir neçə gün əvvəl baş nazir Karapetyan yenidən keyfiyyətsiz neft məhsullarının Ermənistan bazarlarına ayaq açması haqda danışıb, amma bu dəfə aprel döyüşlərindən heç nə deməyib.

Aprel döyüşlərində Azərbaycan tərəfi işğal olunmuş Qarabağda bir sıra strateji yüksəklikləri azad edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG