Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:19

Naxçıvanda qəbirlərin ətrafındakı dəmir çərçivələr sökülür və...


Qəbirlərin ətrafına çəkilən dəmir çərçivələr sökülüb maşınla daşınır, 18 fevral 2017
Qəbirlərin ətrafına çəkilən dəmir çərçivələr sökülüb maşınla daşınır, 18 fevral 2017

Naxçıvanda məzarların üzərindəki dəmir çərçivələrin məcburi qaydada sökülməsinə başlanıb.

Bu haqda jurnalist Həkimeldostu Mehdiyev xəbər verib.

Onun deməsinə görə, məzarların üzərindəki dəmir örtük və çərçivələri məcburi qaydada söküb, dəyər-dəyməzinə dəmir alverçilərinə satırlar.

“Ata-analarımızın məzarı üçün azı 300 manata başa gələn dəmir çərçivələri elə qəbiristanlıqdaca 10-15 manata satırlar. Yaxınlarımız gor evində də rahat buraxmırlar”, H.Mehdiyev deyib.

O, hesab edir ki, qəbiristanlıqlarda həyata keçirilən “islahatlar” ciddi hüquq pozuntusudur.

“Hər yerdə, bütün ölkələrdə qəbiristanlıqlar toxunulmazdır. Yerde 30-40 santimetr qar olsa da dağıdırlar. Ölən yaxınlarımızın ruhu bizləri bağışlamayacaq”, jurnalist bildirib.

Rəsmi: Səliqə-sahman yaradılır, əhali də razılıqla qarşılayır...

Qəbirlərin ətrafındakı dəmir çərçivələr götürüləndən sonra,fevral 2017
Qəbirlərin ətrafındakı dəmir çərçivələr götürüləndən sonra,fevral 2017

Muxtar respublikanın rəsmiləri isə qəbiristanlıqların abadlaşdırılması işlərinin aparıldığını, səliqə-sahman yaradıldığını və bunun əhali tərəfindən razılıqla qarşılandığını deyir.

Naxçıvanın Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev Naxçıvan televiziyası-na açıqlamasında hər şeyin qayda-qanun çərçivəsində aparıldığını bildirib

Qəbirlərin milli-dini dəyərlərin tələblərinə uyğunluğu

“Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 noyabr tarixli qərarına əsasən, mövcud olan məzarlıqlarda dəfn zamanı qəbirlərin milli-dini dəyərlərin tələblərinə və qaydalara uyğun ölçüdə salınması zəruridir. Hər bir qəbir üçün ölçü qaydaları müəyyən olunub. Qaydalara əsasən hər bir məzarın eni 1.4 metr, uzunluğu isə 2.20 metr olaraq müəyyənləşdirilib”, o deyib.

Qəbirlərin ətrafındakı dəmir çərçivələr götürülməzdən əvvəl , fevral 2017
Qəbirlərin ətrafındakı dəmir çərçivələr götürülməzdən əvvəl , fevral 2017

V.Babayev hazırda muxtar respublika ərazisində mövcud olan qəbiristanlıqlarda qəbirlərin əksəriyyətinin qaydaya uyğun olmadığını deyib.

“Qəbirlərin əksəriyyəti dəmir çəpərlərlə əhatələnib. Buna səbəb qəbiristanlıqların ümumi ərazilərinin əvvəllər çəpərlənməməsi, eləcə də insanların dini biliklərinin az olmasıdır. Bununla yanaşı, qəbiristanlıqlarda dəfn zamanı qəbirlərin ölçüləri müəyyən edilmiş qaydalara uyğun olmadığından və əlavə məzar yerləri zəbt edildiyindən qəbiristanlıq əraziləri israf olunub”.

Komitə rəhbəri bunun qanunsuz olduğunu, söküntü işlərinin qanuna uyğunsuzluqların aradan qaldırılması məqsədilə edildiyini deyib. Onun sözlərinə görə, hazırda bir çox qəbiristanlıqlarda işlər yekunlaşıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG